Konsert “Elektra Events Hall”d təşkil olunacaq
Noyabrın 23-də Bakının ən məşhur klublarından biri “Elektra Events Hall”da BABEK, Jay Leemo və Batrainin iştirakı ilə konsert keçiriləcək.
Bu barədə Bakucity.az-a tədbirin təşkilatçıları “33 EVENT Baku”dan məlumat verilib.
Babək Məmmədrzayev “Elvin Grey Music” leyblının üzvlərindən biridir. Rus və qazax dillərindən əlavə, o, tatar, ərəb, Azərbaycan və kürd dillərində də mahnı ifa edir. 2019-cu ildə onun “Şahzadə” mahnısı qısa müddətdə hitə çevrildi.
Jay Leemo – Qazaxıstandan olan müğənninin əsl adı Artur Kapişevdir. “Jay Leemo” layihəsinin əsası 2015-ci ildə Aktau şəhərində qoyulub. İfaçı “Uletay” və “My Boo” trekləri ilə məşhurlaşıb.
Batrai (Batır Dolev) isə artıq təkcə Rusiya yox, postsovet məkanında məşhur olan müğənnidir.
İnformasiya dəstəyi Bakucity.az