İlham Əliyev “Xətai” stansiyasında - FOTO + YENİLƏNİB

Stansiya birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurəti yaranıb

Bakı Metropoliteninin “Xətai” stansiyası əsaslı təmir və yenidənqurmadan sonra sentyabrın 12-də istifadəyə verilib.

Bakucity.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyada görülən işlərlə tanış olub.

10:55

Stansiya birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurəti yaranıb

Bu gün, sentyabrın 12-də, təmirdən sonra Bakı metropoliteninin “Xətai” stansiyası istifadəyə verilib.

Bakucity.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Bəxtiyar Məmmədov öz “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, “Xətai” stansiyası 1968-ci ildə istismara verilib. Təmir dövründə “Xətai” stansiyasında 1968-ci ildən istifadədə olan “LT-2” tipli 3 eskalator sökülüb. Onların əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin “Viktoriya Tube” tipli 4 eskalator quraşdırılıb. Dərin özüllü stansiya bir giriş-çıxışlı olduğundan, quraşdırılacaq 4 eskalator sərnişin axınının sürətini daha rahat tənzimləməyə, təhlükəsizliyi gücləndirməyə imkan verəcək. 

“Xətai” stansiyası birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurəti yaranıb. Bunu nəzərə alaraq, “Bakı Metropoliteni”nin “Xətai” stansiyası keçən ilin sentyabrın 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanıb. Həmçinin "Cəfər Cabbarlı-Xətai" istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılıb. Bütün təmir-bərpa və quraşdırma işlərinin bu il avqustun 10-da başa çatdırılması nəzərdə tutulub.

Bakucity.az

Bakı Xətai metro
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Hadisələr
Qaradağ rayonunda ağır yol qəzasında ölən 5 nəfərdən birinin şəxsiyyəti məlum olub.  BakuCity.az xəbər verir ki, rayonun Müşfiqabad qəsəbəsi ərazisində "Saipa" və "Opel" markalı avtomobillərin toqquşması ilə baş verən qəza zamanı 5 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. "Saipa"nın sürücüsü, 1956-cı il təvəllüdlü Manaf Nüsubət oğlu Yusubov və avtomobildə olan 4 nəfər sərnişin hadisə yerində ölüb.  1984-cü il təvəllüdlü Ramil Gülhə...
Cəmiyyət
Proqnozlaşdrıma belədir ki, belə davam etsə bu say getdikcə artacaq. Azərbaycanda pandemiya ilə əlaqədar karantin rejimi yumşaldıqca koronavirusun daha da geniş yayılması müşahidə edilir. Bu əks tendensiya böyük narahatlıq yaradır və pandemiyanın asanlıqla aradan qalxmayacağını göstərir. İndi hamını bir sual narahat edir: Karantin qaydalarının yumşaldılmasına rəğmən xəstəliyə yoluxanların artmasının səbəbi nədir? BakuCity.az xəbər verir ki, mövzu ilə bağlı...
Hadisələr
Abşeronda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Novxanıda qeydə alınıb. "Oskar" yanacaqdoldurma məntəqəsinin yaxınlığında sürücü idarə etdiyi avtomobilin qarşısına çıxan nəqliyyat vasitəsi ilə toqquşmaması üçün manevr edib. Bu zaman avtomobil yol kənarındakı dirəyə çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan 1964-cü il təvəllüdlü Ksel Svetlana Petrovna xəsarət alıb. Yaralı tə...
Cəmiyyət
Naxçıvanla Bakı arasında təyyarə reyslərinin açılması ilə bağlı müraciət edilib. Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov nümayəndəliyə olan çoxsaylı müraciətlərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reyslərinin açılması ilə əlaqədar olaraq məktubla müraciət edib. BakuCity.az xəbər verir ki, bu barədə daimi nümayəndəliyi...
Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən axşam saatlarında, Nərimanov rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü İsmayılov Emin Nazim oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol qalça nahiyəsinin küt travması diaqnozu qoyulub. BakuCity.az
Ekologiya
26 mayda gözlənilən hava şəraiti. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gecə 14-16, gündüz 21-26, Bakıda  gecə 14-16, gündüz  23-25 dər...
Kriminal
Bakıda narkotiki onlayn satmaq istəyən qardaşlar saxlanıldı. Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində ölkə ərazisinə gətirilən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin “qara” bazarda satılmasının qarşısı alınıb. Bu barədə BakuCity.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Baş İdarə əməkdaşlarının daxil ol...
Cəmiyyət
Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Hazırkı dövrədək ölkəmizdə 4 271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 741 nəfər müalicə olunaraq sağalıb, 51 nəfər vəfat edib, 1 479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.  Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır,...
Cəmiyyət
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb. Azərbaycan Respublikasında 149 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.  BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 4 271 nəfərin k...