Bakıda qəza - Minlərlə sakin qazsız qaldı

Bakıda qəza - Minlərlə sakin qazsız qaldı

Qaz xətti zədələnib

Paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində qaz təchizatı məhdudlaşdırılıb.

Bakucity.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, avtomobil qəzası zamanı diametri 159 mm olan qaz xətti zədələnib və qaz sızması aşkarlanıb.

Baş verənlərin aradan qaldırılması üçün bu gün saat 10:00-dan təmir işlərinə start verilib.

Təmir başa çatana qədər həmin ərazidə iki min istehlakçının qaz verilişində fasilələr tətbiq olunacaq.

Bakucity.az

Bakı qəza qaz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər