Fəqan Eminoğlu Avropa çempionatında medal qazanıb
Bakıda borclu olan şəxsi oğurlayan, işgəncə verən və pul tələb edən kriminal dəstənin üzvlərindən biri cüdo millimizin sabiq üzvüdür.
Bakucity.azxəbər verir ki, 1992-ci il Sumqayıt sakini Fəqan Eminoğlu 2009-cu ildə yerevanda yarışlarda iştirak edib.
O, Ermənistanın paytaxtında keçirilmiş cüdo üzrə gənclərin Avropa çempionatında bürünc medal qazanıb.
Qeyd edək ki, həmin yarışda hazırda böyüklərdən ibarət cüdo millimizin üzvü olan Elmar Qasımov düşmən ölkədə qızıl medal qazanaraq Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirib. (Oxu.Az)

Xatırladaq ki, Xətai rayon sakini H.Əsgərov sentyabrın 9-da paytaxt sakinləri – 1970-ci il təvəllüdlü A.Abbasovaya 25000 manat borcu olduğuna görə, onun sifarişi ilə 1985-ci il təvəllüdlü K.Kazımlı tərəfindən oğurlanıb.
H.Əsgərovu əvvəllər məhkum olunan, kriminal aləmə meyilli, 1982-ci təvəllüdlü V.Allahverdiyev, Sumqayıt şəhər sakinləri – əvvəllər məhkum olunan 1988-ci il təvəllüdlü Ş.Hüseynov və 1992-ci il təvəllüdlü F.Eminoğlu tərəfindən məcburi qaydada, iradəsindən kənar avtomobilə əyləşdirərək A.Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparıblar.
Onlar həmin ünvana daha sonra gələn Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1987-ci il təvəllüdlü N.Kazımlının iştirakı ilə H.Əsgərova müxtəlif dərəcəli bədən xəsarəti yetirərək 25000 manatın əvəzinə 30000 manat ödəməsini bildirərək işgəncə veriblər. Alınan pulun müqabilində A.Abbbasova həmin şəxslərə 10000 manat verəcəyini vəd edib.
Keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Hüseynov, F.Eminoğlu, V.Allahverdiyev, A.Abbasova, N.Kazımlı və onun həyat yoldaşı K.Kazımlı müəyyən olunaraq saxlanılıb, zərərçəkən H.Əsgərovun girov saxlandığı yerdən sağ-salamat azad olunub.
Faktla bağlı Xətai RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsininin 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə cinayət işi başlanılıb.