Elinanın ailəsi 100 min manat tələb edir - MƏHKƏMƏ + FOTO

Elinanın ailəsi 100 min manat tələb edir - MƏHKƏMƏ + FOTO

Məhkəmə iclası baş tutub

Bakıda 162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən məktəbin direktoru Sevinc Abbasovanın işi ilə bağlı bu gün məhkəməsi prosesi keçirilib.

Bakucity.az xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub.

Hadisə ilə bağlı ilk olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılmışdı, bu maddəyə istintaq xitam verib. 

İclasda çıxış edən Sevinc Abbasova günahsız olduğunu deyib.

Musavat.com məlumat verir ki, zərərçəkən tərəf yenə də direktor barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilməsini, onun həbs edilməsini istəyiblər. Lakin məhkəmə bu vəsatəti də təmin etməyib.

Elinanın ailə üzvlərinin vəkilləri məhkəməyə 100 min manatlıq mülki iddia təqdim ediblər. Vəsatətdə cavandeh tərəf kimi Təhsil Nazirliyi göstərilib. Məhkəmə vəsatəti icraata qəbul edib.

İstintaq Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə davam etdirilib və yekunlaşdıqdan sonra baxılması üçün məhkəməyə göndərilib.  

Proses sentyabrın 18-də davam etdiriləcək. (Qafqazinfo)

Elinanın ailəsi 100 min manat tələb edir - MƏHKƏMƏ + FOTO, fotoşəkil-1 Elinanın ailəsi 100 min manat tələb edir - MƏHKƏMƏ + FOTO, fotoşəkil-2 Elinanın ailəsi 100 min manat tələb edir - MƏHKƏMƏ + FOTO, fotoşəkil-3 Elinanın ailəsi 100 min manat tələb edir - MƏHKƏMƏ + FOTO, fotoşəkil-4

Bakucity.az

Bakı Elina
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər