Bakıda daha bir metrostansiya təmirə bağlanacaq

Bakıda daha bir metrostansiya təmirə bağlanacaq, Seymur

Növbəti təmir işlərinin 2026-cı ildə “Nizami” stansiyasında olacağı gözlənilir

“Bakı Metropoliteni”nin daha bir stansiyası təmirə bağlanır.

Bakucity.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, gələcəkdə “Nizami” metrostansiyasında təmir-bərpa işləri aparılacaq:

“Növbəti təmir işlərinin 2026-cı ildə “Nizami” stansiyasında olacağı gözlənilir. Stansiyada zəruri olan bütün infrastrukturlar yenilənəcək. Stansiyada bir sıra yüngül tədbirlər görülüb, platformada, eləcə də, divarlarda orijinallığı qorumaqla Nizaminin əsərləri üzərində işlər aparılıb. 

Lakin eskalatorların istismar müddəti bitmədiyi üçün təmir işləri hələ başlanmayıb. Hazırda sərnişinlərin ixtiyarında olan eskalatorların istismar müddəti 2026-cı ildə bitdiyi və stansiya bir giriş-çıxışlı olduğu üçün, təmir işləri başa çatana qədər stansiya bağlana bilər”. (Oxu.Az)

Bakucity.az

Bakı metro
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər