“Yaponçik” Bakıda tutuldu

“Yaponçik” Bakıda tutuldu, Seymur

Polis əməliyyat keçirib

Sentyabrın 11-də Bakıda əvvəllər oğurluqda şübhəli bilinən 1982-ci il təvəllüdlü Həsənli Rauf Orxan oğlunu saxlanılıb.

Bakucity.az xəbər verir ki, axtarış zamanı onun üstündə narkotik maddə aşkar edilib.

Bundan əlavə R.Həsənlinin idarə etdiyi “KİA” markalı avtomobilin baqaj hissəsində aparılan axtarış zamanı 1 kiloqram 100 qram marixuana götürülüb.

Qeyd edək ki, R.Həsənli özünü 2009-cu il oktyabrın 9-da sui-qəsd nəticəsində həyatını itirən Moskvadakı mütəşəkkil cinayətkar qrupun lideri, kriminal aləmin “qanuni oğrusu” Vyaçeslav İvankov (Yaponçik) əfsanəsinə bənzədir.

Əvvəldən “Yapon” olaraq tanınan cinayətkar (gözləri qıyıq olduğuna görə belə deyilib), sonradan “Yaponçik” adlandırılıb. (oxu.az)

Bakucity.az

Bakı polis narkotik
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər