“Xətai” stansiyası təmirdən sonra - FOTOREPORTAJ

Stansiyada bir neçə yenilik var

Xəbər veridiyimiz kimi, bu gün, sentyabrın 12-də, Bakı Metropoliteninin “Xətai” stansiyası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyada görülən işlərlə tanış olub.

Qeyd edək ki, stansiyada bir neçə yenilik var ki, onlardan biri ilk dəfə tətbiq olunana dəmir beton bloklardır. Belə ki, “Bakı Metropoliteni”ndə ilk dəfə olaraq stansiyaya gedən yolda dəmir beton bloklardan istifadə olunub.

Postsovet ölkələrinin bir çoxunda metroların girişində olan günlüklərin bir çoxu demək olar ki, təmirdən sonra sökülüb, Bakı metrosunun "Şah İsmayıl Xətai" stansiyasında isə metonun girişində olan günlük qorunaraq saxlanılıb və yeni görkəmdə sakinlərin istifadəsinə verilib.

Təmir müddətində stansiyada istifadədə olan “LT-2” tipli 3 eskalator sökülərək əvəzinə Almaniyanın “Thyssen Krupp Fahrtreppe” şirkətinin “Viktoriya Tube” tipli 4 eskalatoru quraşdırılıb. Eskalatorların dəyişdirilməsi müddətində infrastrukturla bağlı digər təmir-bərpa, yenidənqurma işləri də görülüb, vestibülün əsaslı təmiri aparılıb.

Divar və döşəmənin istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənib, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunub. Həmin müddət ərzində, həmçinin “Xətai” stansiyasının 2-ci baş yolunun və “Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da başa çatıb.

Bakucity.az saytının fotoqrafı “Xətai” stansiyasının təmirdən sonrakı vəziyyətini lentə alıb:

Nicat Alili

Bakucity.az

Bakı metro Xətai
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
51 baxış sentyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Mərhum "Dədə Qorqud" qəbiristanlığında dəfn olunacaq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, uzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olan Vurğun Əyyub vəfat edib. Bakucity.az-ın xəbərinə görə, V.Əyyub bu gün günorta saatlarında dünyasını dəyişib. V.Eyyub bu gün Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında dəfn olunacaq. Qeyd edək ki, Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub....
Cəmiyyət
Sabaha olan hava proqnozu açıqlandı Sentyabrın 25-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bakucity.az xəbər verir ki, axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.  Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu 17-19, gündüz 25-27 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gü...
Cəmiyyət
“Mühəndis qadınlar və yeni nəsil texnologiyalar” Bakucity.az xəbər verir ki, “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilati dəstəyi ilə “Girls Code Azerbaijan” paltforması tərəfindən “Mühəndis qadınlar və yeni nəsil texnologiyaları” adlı ödənişsiz seminar keçirilib. Ümumilikdə 40-a yaxın xanımın iştirak etdiyi seminarın təlimçisi Elektron Hökümətin İnkişafı Mərkəzinin “Layihələrin idarəedilməsi departamenti”nin şöbə müdiri, “Professional Scrum Master” ser...
Hadisələr
Şübhəli şəxs saxlanılıb. Bakıda “Topaz”da baş verən quldurluq hadisəsinin təfərrüatı məlum olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bakucity.az-a verilən məlumata görə, nazirliyin “102” Zəng Mərkəzi Xidmətinə Nərimanov rayonu ərazisində qeydə alınan quldurluq hadisəsi barədə məlumat verilib.  Müraciətlə əlaqədar dərhal Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib...
Mədəniyyət
Beynəlxalq Muğam Mərkəzində italiyalı pianoçunun konserti keçirilib Bakucity.az xəbər verir ki, sentyabrın 22-də ilk dəfə olaraq Beynəlxalq Muğam Mərkəzində italiyalı pianoçu, beynəlxalq müsabiqələr laureatı  Aleksandr Hacıyevin solo konserti keçirildi. XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən konsertdən əvvəl əslən Azərbaycanlı olan italiyalı pianoçu təəssüratlarını bölüşüb: “Azərbaycanın milli muğam sənətinin simvolu olan sə...
Cəmiyyət
Videodakı təcili tibbi yardım avtomobili özəl klinikalardan birinə məxsusdur Səhiyyə Nazirliyi Bakıda təcili tibbi yardım maşını ilə xəstə əvəzinə məişət əşyalarının daşınmasına münasibət bildirib. Bakucity.az-ın sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, məişət əşyaları yüklənən tibbi yardım avtomobili Səhiyyə Nazirliyinə məxsus deyil. “Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım avtomobillərinin hər birinin üzərində bort nömrəsi var, yayılan videodak...
Cəmiyyət
Sakinlər artıq köçürülüb Gələn həftə Bakıda iki binanın sökülməsinə başlanılacaq. Bakucity.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, bunlar Yasamal rayonu, M.A.Əliyev küçəsi, 150 və Səbail rayonu, 20-ci sahə, A.İsmayılov küçəsi, 51 ünvanlarında yerləşən binalardır. Həmin binadan artıq sakinlər köçürülüb.  Sökülməsi planlaşdırlan digər 15 binadan da sakinlərin köçürülməsi üzrə işlər gedir.  Qeyd edək ki, Bakıda 17 binanın sökülməsi barədə qərar verilmişdi. Mö...
Cəmiyyət
Ticarət mərkəzinin 2019-cu ilin sonunda istifadəyə verilməsi gözlənilir Bakı bulvarında tikilən “Dəniz Mall” ticarət mərkəzinin içərisindən görüntülər yayılıb. Bakucity.az-ın xəbərinə görə, görüntüləri Baku.ws saytı yayıb. Qeyd edək ki, Xəzər dənizinin sahilində yerləşən ticarət mərkəzinin açılışı 2019-cu ilin sonuna gözlənilir. Ticarət mərkəzinin qeyri-adi dizaynı Azərbaycan gerbinin səkkizgüşəli ulduzundan ilhamlanmış londonlu dizayner Çapman Teylor tərə...
Hadisələr
Hadisədən sonra Gülgünün qohumları Ramalla görüşüblər. Bakıda gənc qızın piyada keçidində avtomobillə vurub öldürülməsinin bəzi təfərrüatları məlum olub. Bakucity.az xatırladır ki, hadisə sentyabrın 17-i axşam saatlarında Nəsimi rayonu, Vaqif prospektində baş verib. Ramal Məmmədov idarə etdiyi "Volkswagen Passat" markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən -1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vuraraq...