Neftçala sakini iynədən şoka düşüb
Bakı şəhərindəki stomatoloji kabinetlərdən birində dişini çəkdirərəkən Neftçala rayin sakini dünyasını dəyişib.
Bakucity.az xəbər verir ki, 41 yaşlı Abbas Ələsgər oğlu Məlikov dişini çəkdirərkən vurulmuş keyidici iynədən şoka düşərək ölüb.
Bildirilir ki, A.Məlikov Bakı şəhərində müvəqqəti iş yeri tapdığı üçün ailəsi ilə birgə paytaxtda məskunlaşıb. Mərhumun üç azyaşlı övladı var.
Ölümün dəqiq səbəbi Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi rəydən sonra məlum olacaq.
Bakucity.az (Virtualaz.org)