Bakıda harada pirsinq etdirmək olar?- QİYMƏTLƏR

Dəbli deşmələr haqda bunları bilməyiniz vacıbdir

Dünyada pirsinqlərin populyarlığının zirvəsi 1990-cı illərdə olub. Ancaq günümüzdə dəb olan bu “bəzək” olduqca cəsarətli addım  hesab olunur. Kütlənin arasından seçilməyi sevənlər qulaqlarını, qaşlarını, burunlarını, dodaqlarını və bədənin digər hissələrinə pirsinq taxırlar.

Yeni taxılan pirsinqdən sonra nə etmək lazımdır, bu zövqün neçəyə başa gələcəyi və digər məsələlər barədə Bakucity.az-a “BEAUTY SCHOOL OWNER”  pirsinq salonunun ustası Sabrina Salerno danışıb.

Mütəxəssisin sözlərinə görə, pirsinqə ən çox qızlar müraciət edir. Sabrina bildirib ki, bu gün Bakı sakinləri qulaqlarına (qığırdaq, tragus), yuxarı dodaq, göbək (həm yuxarıdan, həm də aşağıdan) pirsinq taxmağa üstünlük verir.

“Pirsinq fərdiliyin təzahürüdür. Əlbəttə ki, bədənin hər yerini deşmək olmaz. Ancaq bir insan bunu istəyirsə, bu ona mane olmayacaqdır. Əlbəttdə ki, əgər müştəri deşmək üçün arzuolunmaz yeri seçirsə, bu barədə onlara mütləq xəbərdarlıq edilir. Kök bir qadın proseduraya gəldikdə, bunun gözəl görünməyəcəyi barədə xəbərdarlıq edirik, amma bizə adətən bunun arıqlamaq üçün bir növ stimul olacağını deyirlər.

Əsasən, mikrodermal etməyi məsləhət görmürük (intradermal mikroimplantasiya üçün bəzək, pirsinq, bunun nəticəsində dərinin səthində parlaqlıq  görünür). Bu zaman implantasiya titanı “lövbəri”ni  qoyulur. Problem ondadır ki, bu “lövbər” dəriyə yerləşdirilir və yalnız cərrahi yolla çıxarıla bilər”.

Pirsinq ustası prosedur üçün yer seçərkən, ilk növbədə alətləri sterilizasiya edən avadanlıqların mövcudluğuna diqqət yetirməyi məsləhət görür. Nəticədən məmnun olan insanların tövsiyyə etdikləri məşhur salonlarla əlaqə qurmaq daha yaxşıdır. Mütəxəssisə etibar etmək üçün məsləhətləşmək artıq olmaz.

Həmçinin oxu: Bakıda yüksək keyfiyyətli manikür - SALONLAR VƏ QİYMƏTLƏR

Sabrina Salerno, prosedurdan sonra deşilmə sahəsinə qulluq üçün bir sıra tövsiyələr də verdi.

“Əməliyyatdan sonra səhər və axşam ponksiyon yerini ya sprey şəklində miramestin və ya xlorheksidin ilə müalicə etməyi məsləhət görürük. Bir həftəyə sağalır, ancaq bir ay ərzində pirsinqi bir kanal meydana gətirmək üçün çıxartmağa ehtiyac yoxdur. Sağalma prosesində irin  yaransa, onu peroksidlə müalicə edib spirtlə sürtmək olar”.

Mütəxəssis,  prosedurdan dərhal sonra qızıl və ya gümüş metallardan hazırlanmış məhsulların taxılmağın doğru olmadığını da bildirib.

“Protokola görə, təzə ponksiyonda tibbi polad və ya titan taxmaq məcburiyyətindəyik. Bəzi müştərilər qızıl və ya gümüş zərgərlikləri ilə gəlir və dərhal onları taxmaq istəyirlər. ”

Pirsinq ustası saytımıza bu gün hansı alətlərlə dəbli ponksiyonlar edildiyini də söyləyib.

“Bu gün ponksiyon üçün heç kim  plastik tapançadan istifadə etmir. İş burasındadır ki,  bu vasitə dərini ciddi şəkildə yaralayır. Mütəxəssislər ya plastik boru ilə kateter iynələri, ya da lazer itiləyici olan xüsusi iynələrlə ponksiyonlar edirlər”.

Bununla birlikdə, hər kəsə pirsinq taxıla bilməz və belə bir addım atmaqdan əvvəl, sağlamlıqla bağlı probleminiz olub olmadığını öyrənməlisiniz.

Həmçinin oxu: Bakıda yaxşı dil kursunu necə seçək? - QİYMƏTLƏR

“Şəkərli diabet, epilepsiya xəstələri, zəif qan laxtalanması, dermatoloji problemləri və onkoloji xəstələr üçün – pirsinq əks göstərişdir! Prosedurdan əvvəl yemək yeməlisiniz. İnsanların orqanizmi  fərqlidir və ponksiyon zamanı kimsə özünü pis hiss edə bilər, xüsusən də boş mədəylə gəlsə. Müştərinin allergiyası olub-olmadığı soruşmalıdır”, - deyə S. Salerno qeyd edib.

 “BEAUTY SCHOOL OWNER salonunda qiymətlər ponksiyon daxil ediləcək metaldan asılı olaraq dəyişir. Belə ki, tibbi polad ponksiyonla birlikdə 25 manatdan 55 manata, titan isə 36 manata başa gələcək. Müştəri indiki vaxtda dəbdə olan Industrial  (cüt qulaq ponksiyonu) etmək istəyirsə, bu 40 manata başa gələcək.

Oxucularımıza bəzi paytaxt salonlarının və pirsinq xidmətləri göstərən ustaların qiymət cədvəlini təqdim edirik:

Salon

Qulaq (qığırdaq)

Qulaq (Tragus)

Burun (qanad)

Burun (septum)

Dodaq (alt)

Dodaq (yuxarı)

Dil

Qaş

Göbək

Beauttech

30 AZN

35

AZN

25 AZN

30

AZN

30

AZN

30

AZN

35 AZN

35 AZN

50 AZN

Beautybloggersabrina

10-25 AZN

10-25 AZN

25-10 AZN

10-25 AZN

10-25 AZN

10-25 AZN

20-40 AZN

10-25 AZN

10-25 AZN

Piercing Baku

30 AZN

30

AZN

30 AZN

40

AZN

40

AZN

40

AZN

80 AZN

30 AZN

50 AZN

Gula KN

30 AZN

35

AZN

25 AZN

30

AZN

30

AZN

35

AZN

35 AZN

35 AZN

50 AZN

Piercing in Baku

15 AZN

30-35 AZN

25-30 AZN

25-30 AZN

25-30 AZN

30-35 AZN

35-40 AZN

35-40 AZN

30 AZN

EstEthica

40 AZN

50

AZN

____

____

____

____

____

40-50 AZN

60 AZN

Bakucity.az

Bakı pirsinq qiymətlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin artım var. Azərbaycan Respublikasında 257 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 202 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948, 1953 və 1957-ci il təvəllüdlü üç nəfər vəfat edib. Hazırkı dövr...
Ekologiya
31 mayda gözlənilən hava şəraiti. Mayın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər duman olacaq, güclü şimal-qərb küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 17-19, gündüz  20-24, Bakıda  gecə 17-19, gündüz 22-24 dərəcə isti olacaq. Atmo...
Cəmiyyət
Azərbaycanda turizm mövsümünün yenidən açılacağı vaxt bilinib. “Biz ölkəyə kütləvi turist axını gözləmirik. İnsanların kənd turizmi və digər bu kimi seçimlər etməsini gözləyirik”. BakuCity.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib. K.Quluzadənin sözlərinə görə, ölkədə elan edilən xüsusi karantin rejimi bitdiyi günün sabahı Azərbaycanda yeni turizm mövsümü açıq elan ediləcək: “Amma dövlət insanlara xidmə...
Hadisələr
Taxta bazarında yanğın baş verib. Bakı şəhərinin Nərimanov rayonunda, taxta bazarının ərazisində ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat midmətindən BakuCity.az-a verilən məlumata görə, taxta materialların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələr...
Kriminal
Bakıda növbəti bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə ötən gecə Xocahəsən yolunda qeydə alınıb. 1973-cü il təvəllüdlü Şahverdiyev Eldəniz Əli oğlunun dostu ilə mübahisəsi onun bıçaq zərbəsi alması ilə nəticələnib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Şadlıq saraylarının fəaliyyətə başlaması mümkündürmü? “Sərbəstlik və yumşalma artıqca yoluxanların sayı artır və bu fonda toyların və şadlıq saraylarının fəaliyyətə başlaması problemli görünür”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində deyib. “Hər şey yoluxmanın sayından və sosial məsuliyyətdən asılıdır. Bəlkə də yoluxmalar ar...
Cəmiyyət
Bakıda çəkilən bu görüntülər müzakirələrə səbəb olub. Koronavirus pandemiyası ilə əlaqədar insanlar sosial məsafəni qorumalı olsalar da, əksəriyyət buna əməl etmir. BakuCity.az xəbər verir ki, bunu təsdiq edən görüntülərdən biri “Tarqovı”da lentə alınıb. Paytaxtın mərkəzi küçəsində insanların kütləvi şəkildə bir yerə yığılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.  İnsanlar arasında sosial məsafəyə nəzarət etməli olan polis əməkdaşlarının gözə dəyməm...
Cəmiyyət
Bakıdan rayonlara gediş-gəliş bərpa olunmayıb. “Yumşalma artıqda, yoluxma artır. Ona görə də Operativ Qərargah rayonlara gediş-gəlişin bərpasını bu mərhələdə saxlamağı qərara alıb". BakuCity.az xəbər verir ki, bunu dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. BakuCity.az
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, mayın 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək. BakuCity.az