Əhmədov həyat yoldaşını xəyanət edərkən yaxalayıb
Paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb.
Bakucity.az xəbər verir ki, paytaxt sakini 1998-ci il təvəllüdlü Cəfər Əhmədov 1992-ci il təvəllüdlü Seyran Əliyev tərəfindən bıçaqlanıb.
Araşdırma zamanı məlum olub ki, S.Əliyev C.Əhmədovun həyat yoldaşı ilə qeyri-rəsmi münasibətdə olub.
S.Əliyev qadınla onların evində görüşən zaman C.Əhmədov evə daxil olub. Tərəflər arasında dava düşüb və S.Əliyev masanın üzərindəki bıçağı götürərək C.Əhmədova zərbə endirib.
Sonuncu xəstəxanaya çatdırılıb, həkimlər onun həyatını xilas ediblər.
Hadisəni törədən S.Əliyev polis tərəfindən saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.
Bakucity.az (APA)