Matrang Bakıda konsertlə çıxış edəcək - VİDEO

Matrang Bakıda konsertlə çıxış edəcək - VİDEO, Seymur

Konsert “Elektra Events Hall”da keçiriləcək.

Tanınmış rusiyalı reper Matrang noyabrın 1-də Bakıda konsert proqramı ilə çıxış edəcək.

Bu barədə Bakucity.az-a tədbirin təşkilatçıları məlumat veriblər.

Konsert saat 20:00-da başlayacaq.

Əslən Vladiqafqazdan olan ifaçı 2017-ci ildə “Meduza” hitindən sonra məşhurlaşıb. İfası və oxşarlığına görə fanatları onu “ikinci Tsoy” adlandırıblar.

Bu gün Matrang (Alan Xadzaqarov) Moskvada yaşayır və fəaliyyətini orada davam etdirir. Təxəllüsünün mənası isə Vyetnam dilindən tərcümədə “Ay” deməkdir – “Mat Trang”.

İnformasiya dəstəyi – Bakucity.az

Bakucity.az

Bakı Matranq konsert
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər