Sabaha gözlənilən hava proqnozu
Sentyabrın 14-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakucity.az xəbər verir ki, bəzi yerlərdə az yağış yağacağı ehtimalı var.
Şimal-şərq küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-20, gündüz 24-26 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 50-60 faiz olacaq.
Bakucity.az