Hadisə Pirallahı rayonunda qeydə alınıb
Paytaxtın Pirallahı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakucity.az xəbər verir ki, yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib.
Qəza nəticəsində daha üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlardan birinin vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bakucity.az