Bakıda “şüşə” narkotik belə satılır – SENSASİON İDDİA

Bakıda “şüşə” narkotik belə satılır – SENSASİON İDDİA, Seymur

Narkotiki “Whatasapp” vasitəsilə yeniyetmələrə 10 manata satırlar

Bakıda mənşəyi bilinməyən, təhlükəli kimyəvi maddələrdən hazırlanmış narkotiklər dövriyyəyə daxil olub.

Bakucity.az xəbər verir ki, bu barədə tanınmış bloger Saleh Nəsirov öz Facebook səhifəsində yazıb.

Bloger iddia edir ki, bu narkotikin adını “Şüşə” qoyublar:

“Mənə daxil olan məlumata əsasən, şəhərdə, ələlxüsus “Kubinka” tərəflərdə “Şüşə”, “Padpres” adlanan, mənşəyi bilinməyən, təhlükəli kimyəvi maddələrdən hazırlanmış bu narkotiki alverçilər “Whatasapp” vasitəsilə rahatlıqla yeniyetmələrə, gənclərə 10 manata satırlar”.

S.Nəsirov bu narkotikin satış əməliyyatının nə cür həyata keçirildiyini də açıqlayıb:

“Narkotik alverçiləri xarici “Whatasapp”  nömrələrlə potensial “qurbanları” ilə əlaqə yaradırlar və pulu Milli Ön terminalı vasitəsilə müəyyən bir hesaba köçürməyi xahiş edirlər. Ödəniş uğurla həyata keçdiqdən sonra onlar narkotikin əvvəlcədən gizlədilmiş yerin ünvanı və video görüntüsünü “qurbanlara” göndərir”.

Bakucity.az

Bakı narkotik şüşə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər