Bakıda taksilərə qadağa - “20 Yanvar”da saxlaya bilməyəcəklər

Vaqif Əsədov reydlərlə bağlı bəzi məqamlara aydınlıq gətirib

Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən avtobus və mikroavtobusların Alatava (Şamaxinka adlanan ərazi), “20 Yanvar” və “3-cü mikrorayon” dairəsi yaxınlığında saxlayaraq sərnişin düşürüb-mindirilmələrinə Dövlət Yol Polisi tərəfindən icazə verilməyəcək. Bu qadağa taksi və digər nəqliyyat vasitələrinə aid ediləcəkmi?

Bakucity.az Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovla əlaqə saxlayıb. 

V.Əsədov bu gündən etibarən başlanılan reydlərlə bağlı bəzi məqamlara aydınlıq gətirib.

Onun sözlərinə görə, qadağa həmçinin taksi və digər nəqliyyat vasitələrinə də aid olacaq:

“Bu qərar düzgün dayanma-durma və parklanma qaydalarının tələblərinin pozulmaması ilə bağlıdır. Hesab edirik ki, Abşeron, Sumqayıt və ümumiyyətlə şimal tərəfdən “20 yanvar” istiqamətində hərəkət edən nəqliyyat vasitələri qeyd edilən ərazilərdə sərnişinləri düşürüb-mindirmələri ilə qaydaları pozurlar. Bu zaman həmin ərazilərdə süni sıxlıq yaşanır”. 

V.Əsədov həmçinin qeyd edib ki, Sumqayıtdan Bakıya və Bakıətrafı digər ərazilərdən şəhərin müxtəlif metrostansiyalarına qeyri-qanuni (1 manatlıq) taksilər fəaliyyət göstərir. 

“Ümumiyyətlə sərnişindaşımada gizli fəaliyyət göstərənlər, həmçinin qarşılıqlı razılaşma yolu ilə Sumqayıtdan Bakıya tələbə, işçi və sairə kimi sərnişinləri gətirənlər nəqliyyat vasitələrini “ürəkləri harada istəsə” orada da saxlayırlar. Hər düşürüb-mindirmə prosesi isə azı 1 dəqiqə çəkir ki, bu da yollarda sıxlıq və tıxacların yaranmasına səbəb olur. Bu halın da qarşısını almaq üçün, sərnişinlərin  yalnız avtovağzalda düşürdülməsinə şərait yaradılacaq. Yaxud, əgər həmən sərnişindaşıyanlar müəssisələrlə müqavilə bağlayırlarsa, elə həmin müəssisələrin də qarşısında nəqliyyat vasitələrini saxlasınlar”.

Vaqif Əsədov həmçinin əlavə edib ki, dərs ilinin başlanması ilə əlaqədar paytaxtda yerləşən bütün təhsil ocaqlarının, xüsusilə, məktəblərin qarşısında saxlanılan avtomobillərə də nəzarət olunacaq ki, sıxlıq yaşanmasın.

Qeyd edək ki, bu gündən etibarən mütamadi davam edəcək reydlər BŞBDYPİ-si ilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti arasında bağlanan birgə əməkdaşlıq memarandoma əsasən həyata keçirilir. Reydlərdə polislə yanaşı DANX əməkdaşları da iştirak edir. 

Ramilə Qardaşxanqızı

Bakucity.az

Bakı taksi qadağa 20 yanvar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
371 baxış oktyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Bu ilin 9 ayında Bakıda 8023 cinayət hadisəsi qeydə alınıb. BakuCity.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində keçirilən əməliyyat müşavirəsində İdarənin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Teymur Hacıyev bildirib. T.Hacıyev qeyd edib ki, cari ilin 9 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə qeydə alınan həmin cinayətlərin 87,7 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 12,3 faizi isə a...
Cəmiyyət
"HR BAKU" MMC və Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) birgə təşkilatçılığı ilə noyabrın 15-də “Boulevard Hotel Baku”da “HR Summit Baku 2019” beynəlxalq tədbiri baş tutacaq. Assosiasiyadan BakuCity.az-a verilən məlumata görə, 700 nəfərin istirak edəcəyi HR sammitdə beynəlxalq və yerli qurumların peşəkar mütəxəssisləri insan resurslarının idarəçiliyi üzrə ən yaxşı təcrübəni paylaşacaqlar. Sammit zamanı spikerlər işçi sayının optimallaşdırılmas...
Cəmiyyət
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilib.  BakuCity.az xəbər verir ki, yığıncaqda Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA rəhbərliyi iştirak edirlər. Ümumi yığıncaqda AMEA prezidenti vəzifəsinə seçki keçirilib. Akademik Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə R.Mehdiyevin namizədliyini təkli...
Cəmiyyət
Bakıda xarici ölkələrdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə xammal və qablaşdırma paketləri gətirməklə qanunsuz fəaliyyət göstərən sexlər aşkar edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, həmin sexlərdə kustar üsulla pis keyfiyyətli kontrafakt tələbat məhsulları istehsal edilərək müxtəlif satış mərkəzlərinə paylanıb. Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2090-cı məhəllədə yerləşən fərdi sahibkar Tarverd...
Cəmiyyət
"Azərbaycan Hava Yolları" (AZAL) “Payız endirimləri” çərçivəsində aviabiletlərə endirim kampaniyası elan edir. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, 2019-cu il 23-31 oktyabr tarixləri aralığında aviabiletlər uçuşdan 72 saat öncə alındığı təqdirdə ekonom-sinif üzrə qiymətlər aşağıdakı kimi olacaq (qiymətlər Bakıya və geri istiqamətdə gediş-dönüş olmaqla göstərilib): • Küveyt – 159 avro• Antalya – 169 avro...
Cəmiyyət
Yaxın vaxtlarda Bakıda ilk dəfə olaraq 5G şəbəkəsinin sınaqları aparılacaq. BakuCity.az xəbər verir ki, bunu "APA-Economics"ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər. Bildirilib ki, artıq bir həftədir Çinin “Huawei” şirkəti ilə belə bir eksperimental zona Heydər Əliyev Mərkəzində yaradılıb: "Hazırda bu şəbəkənin istismara verilməsi məqsədilə müvafiq qanunvericilik hazırlanır. Bu işlər hələ ilkin mərhələdədir. Paralel olaraq sahə ü...
Hakimiyyət
Prezident İlham Əliyev Mikayıl Çingiz oğlu Cabbarovun Vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. BakuCity.az xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə M.Cabbarov İqtisadiyyat naziri təyin edilib. Qeyd edək ki, sabiq təhsil naziri M.Cabbarov İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi (2009-2013-cü illərdə) vəzifəsində də çalışıb. BakuCity.az
Hadisələr
Bakı şəhərinin Pirallahı rayonundan balıq tutmaq məqsədilə dənizə çıxaraq itkin düşən 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir. BakuCity.az xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri qəzanın baş verdiyi ehtimal olunan koordinatlarda axtarışlar aparır. Həmçinin oxu: Bakıdan dənizə çıxan 4 balıqçı itkin düşüb - Helikopterlə axtarırlar Eyni zamanda, Kiçikhəcmli Gəmilərə Nəzarət və...
Hadisələr
Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, üç qız Heydər Əliyev prospektində yolu keçməyə çalışır. Bu zaman orta yoldakı sol zolaqla hərəkətdə olan avtomobil onları vurur. Həmçinin oxu: Bakıda sənədsiz sürücü qırmızı işıqdan keçdi, qəza törətdi - FOTO + VİDEO Qızlardan biri avtomobilin altında qalır. Digər ikisi isə yüngül xəsarətlə canını qurtarır. Qeyd edək ki, h...