Nazir piyadaları cərimələyən polislərlə bağlı əmr verdi

Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib

Bakının küçə və prospektlərində piyadaların hərəkətinə nəzarət edən, bu zaman yolu müəyyən olunmamış yerdən keçənləri saxlayan post-patrul xidmətinin əməkdaşları gözə dəymir. Bu nə ilə əlaqədardır?

Bakucity.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, ötən ilin mart ayından Daxili İşlər nazirinin əmri ilə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması məqsədi ilə Bakı şəhərinin rayon polis idarələrinin, eləcə də respublikanın digər şəhər və rayon polis orqanlarının post-patrul xidməti əməkdaşlarına yol patrul xidməti inspektorlarına aid olan səlahiyyətlər verilib: 

“O vaxt belə bir qərarın verilməsinə ehtiyac var idi. Lakin post-patrul xidməti əməkdaşlarının qayda pozanları saxlayaraq protokollar tərtib etməklə onları cərimələmələri piyadaların vaxt itkilərinə, bəzən də narazılıqlarına səbəb olurdu.

Bütün bunları nəzərə alan Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bu günlərdə müvafiq əmr imzalayıb. Əmrə əsasən post-patrul nizami hissələri əməkdaşlarına verilmiş yol patrul xidməti inspektorlarına aid olan səlahiyyətlərə xitam verilərək qanunla müəyyən olunmuş vəzifələrinin icrasını davam etdirmək üçün onlar daimi xidmət yerlərinə qaytarılıblar”.

O qeyd edib ki, eyni zamanda, nazir V.Eyvazov insanların həyatını, təhlükəsizliyini yol-nəqliyyat hadisələrindən daha etibarlı qorunması və bu sahədə nəzarətin müasir texniki vasitələrin imkanlarından geniş istifadə edilməklə həyata keçirilməsi barədə Daxili İşlər Nazirliyinin aidiyyatı qurumlarına müvafiq tapşırıqlar verib.

Bakucity.az

Bakı polis piyada
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin artım var. Azərbaycan Respublikasında 257 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 202 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948, 1953 və 1957-ci il təvəllüdlü üç nəfər vəfat edib. Hazırkı dövr...
Ekologiya
31 mayda gözlənilən hava şəraiti. Mayın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər duman olacaq, güclü şimal-qərb küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 17-19, gündüz  20-24, Bakıda  gecə 17-19, gündüz 22-24 dərəcə isti olacaq. Atmo...
Cəmiyyət
Azərbaycanda turizm mövsümünün yenidən açılacağı vaxt bilinib. “Biz ölkəyə kütləvi turist axını gözləmirik. İnsanların kənd turizmi və digər bu kimi seçimlər etməsini gözləyirik”. BakuCity.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib. K.Quluzadənin sözlərinə görə, ölkədə elan edilən xüsusi karantin rejimi bitdiyi günün sabahı Azərbaycanda yeni turizm mövsümü açıq elan ediləcək: “Amma dövlət insanlara xidmə...
Hadisələr
Taxta bazarında yanğın baş verib. Bakı şəhərinin Nərimanov rayonunda, taxta bazarının ərazisində ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat midmətindən BakuCity.az-a verilən məlumata görə, taxta materialların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələr...
Kriminal
Bakıda növbəti bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə ötən gecə Xocahəsən yolunda qeydə alınıb. 1973-cü il təvəllüdlü Şahverdiyev Eldəniz Əli oğlunun dostu ilə mübahisəsi onun bıçaq zərbəsi alması ilə nəticələnib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Şadlıq saraylarının fəaliyyətə başlaması mümkündürmü? “Sərbəstlik və yumşalma artıqca yoluxanların sayı artır və bu fonda toyların və şadlıq saraylarının fəaliyyətə başlaması problemli görünür”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində deyib. “Hər şey yoluxmanın sayından və sosial məsuliyyətdən asılıdır. Bəlkə də yoluxmalar ar...
Cəmiyyət
Bakıda çəkilən bu görüntülər müzakirələrə səbəb olub. Koronavirus pandemiyası ilə əlaqədar insanlar sosial məsafəni qorumalı olsalar da, əksəriyyət buna əməl etmir. BakuCity.az xəbər verir ki, bunu təsdiq edən görüntülərdən biri “Tarqovı”da lentə alınıb. Paytaxtın mərkəzi küçəsində insanların kütləvi şəkildə bir yerə yığılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.  İnsanlar arasında sosial məsafəyə nəzarət etməli olan polis əməkdaşlarının gözə dəyməm...
Cəmiyyət
Bakıdan rayonlara gediş-gəliş bərpa olunmayıb. “Yumşalma artıqda, yoluxma artır. Ona görə də Operativ Qərargah rayonlara gediş-gəlişin bərpasını bu mərhələdə saxlamağı qərara alıb". BakuCity.az xəbər verir ki, bunu dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. BakuCity.az
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, mayın 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək. BakuCity.az