Qayda pozan piyadaları kim cərimələyəcək? - RƏSMİ

Qayda pozan piyadaları kim cərimələyəcək? - RƏSMİ , Seymur

İmzalanan əmr yalnız post-potrul xidmətinin piyadaları cərimələməsinə aiddir

Xəbər verdiyimiz kimi, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun paytaxtın küçə və prospektlərində piyadaların hərəkətinə nəzarət edən, bu zaman yolu müəyyən olunmamış yerdən keçənləri saxlayan post-patrul xidmətinə verilən səlahiyyətlərə xitam verilməsi barədə əmr imzalayıb.

Bakucity.azxəbər verir ki, qərar cictimaiyyət arasında geniş müzakirələrə səbəb olub, hətta bəzi insanlar bu qərarı piyadaların cərimələnməsinin ləğv edilməsi kimi anlayıb. 

Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidovla jurnalistlərə bildirib ki, imzalanan əmr yalnız post-potrul xidmətinin piyadaları cərimələməsinə aiddir:

“Ötən ilin mart ayından Daxili İşlər nazirinin əmri ilə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması məqsədilə polis idarələrinin post-patrul xidməti əməkdaşlarına yol-patrul xidməti inspektorlarına aid olan səlahiyyətlər verilib.

Daha bu işi post-patrul xidmətinin əməkdaşları deyil, Baş Dövlət Yol Polis İdarəsinin yol-patrul xidmətinin əməkdaşları həyata keçirəcək”. (oxu.az)

Bakucity.az

Bakı piyada cərimə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər