Məşhur rejissor: Birinci sinfə Bakıda getmişəm - VİDEO

Məşhur rejissor: Birinci sinfə Bakıda getmişəm - VİDEO, Seymur

Vladimir Menşov Bakı haqqında film çəkmək istəyir

Mən Azərbaycandan səkkiz yaşım olanda getdim. Özümü beş yaşımdan epizodlarla xatırlayıram. Birinci sinfə Bakıda getmişəm, düzdür, bir neçə günlük, sonra Həştərxana köçdük.

Bakucity.az xəbər verir ki, bu sözləri “Moskva göz yaşlarına inanmır” filminə görə “Əcnəbi dildə ən yaxşı film” nominasiyası üzrə “Oskar” mükafatına layiq görülən RSFSR-in Xalq artisti, kinorejissor Vladimir Menşov deyib.

Rejissor bildirib ki, Azərbaycana sonradan 20 yaşında qayıdıb.

“Mənim üçün artıq evdə yaşamaq çətin idi, çünki heç kim kinoya, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna can atmağımı başa düşmürdü. Atam, keçmiş dənizçi kimi, məni Bakıda dalğıc işinə düzəltdi və bir il orada işlədim”.

80 yaşlı rejissor Bakıda film çəkmək istədiyini də vurğulayıb:

“Mən həm Bakı, həm Moskva və hətta Paris haqda film çəkmək istərdim. İstək var, amma güc o qədər də çox deyil, yükü bölüşdürmək lazımdır”, - V. Menşov “Moskva-Baku” nəşrinin sualını cavablandırarkən danışıb.

Qeyd edək ki, Vladimir Menşov 1939-cu il sentyabrın 17-də Bakı şəhərində anadan olub.

Bakucity.az

Bakı birinci sinif rejissor
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər