Bakıda liposaksiya etdirən ərəb qadın komaya düşüb

Bakıda liposaksiya etdirən ərəb qadın komaya düşüb, Seymur

Pasiyentdə emboliya (piyin qana keçməsi) halı baş verib

Bakıda liposaksiya əməliyyatı etdirən ərəb turist Rasa Ellemzadaa komaya düşüb. 

Bakucity.az xəbər verir ki, qadın Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına müraciət edib.

Əməliyyat zamanı onun vəziyyəti pisləşib və xəstə Baku Medical Plazaya yerləşdirilib. 

Qeyd edilir ki, R.Ellemzadaa hazırda komadadır, xəstədə emboliya (piyin qana keçməsi) halı baş verib.

Əməliyyatda iştirak edən həkimlərdən olan P.Əhmədov xəstənin başqa klinikaya köçürülməsinin səbəbini isə belə izah edib:

“Onun Amerika sığortası var, yüksək şəraitdə müalicə almaq istəyir. Biz onu digər xəstəxanada da müayinə etmişik. Hazırda səhhəti yaxşıdır”. (Qafqazinfo)

Bakucity.az

Bakı liposaksiya ərəb turist
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər