Bakıda motosikletlə avtomobil toqquşdu - VİDEO

Bakıda motosikletlə avtomobil toqquşdu - VİDEO

Qəza zamanı bir nəfər xəsarət alıb

Paytaxtın Nərimanov rayonu Həsən Əliyev küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bakucity.az xəbər verir ki, Əmayev Sinan Çingiz oğlu idarə etdiyi motosikletli hərəkətdə olan zaman Əkbərov Əkrəm Allahverdi oğlunun idarə etdiyi “Chevrolet” markalı avtomobilə vurub. 

Hadisə nəticəsində motosiklet sürücüsü S.Əmayev xəsarət alaraq 1 saylı Xəstəxanaya çatdırılıb.

Qəzaya uğrayan hər iki nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.

Bakucity.az

Bakı qəza motosiklet
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər