Bakıda “Kiyev-Peçora böyük monastırı. Tarix və müasirlik” adlı fotosərgi - FOTO

Tədbir Bakı Fotoqrafiya Evində keçirilib

Sentyabrın 13-də Kiyev-Peçora Milli Tarix-Mədəniyyət Qoruğunun “Kiyev-Peçora böyük monastrı. Tarix və müasirlik” adlı səyyar bədii foto sərgisi Ukraynanın Azərbaycandakı Səfirliyinin və Sumqayıtdakı İ.Franko adına Ukrayna ictimai təşkilatının dəstəyi ilə ilk dəfə “İçərişəhər” Muzey Mərkəzinin Fotoqrafiya Evində keçirilib.

Bakucity.az xəbər verir ki, açılış mərasimində çıxıç edən “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova Bakıda beynəlxalq səviyyədə foto sərgilərinin keçirilməsinə imkan verən Fotoqrafiya Evinin açılmasının vacibliyini qeyd edib.

Sonra Ə. Məlikova təqdim olunan ekspozisiyanın dəyərindən danışıb, sərginin sentyabrın 26-dək Bakıda, daha sonra Sumqayıtda davam edəcəyini nəzərə çatdırıb.

Saytımıza verdiyi müsahibədə Kiyev-Peçora Milli Tarix-Mədəniyyət Qoruğunun tarix və arxeologiya tədqiqat şöbəsinin müdiri Konstantin Krayni foto sərginin məqsədini açıqlayıb:

“Sərginin məqsədi foto sənətinin köməyi ilə qoruğumuzun gözəlliyini göstərməkdir. Bir neçə tematik sərgi hazırlamışıq, Bakıya gətirdiyimizisə ən yaxşılarından biridır. Bu, indiki Kiyev-Peçora monastrı ilə XIX-XX əsrin ortalarında mövcud olan monastrın müqayisəni nümayiş etdirir”, - deyə o, bildirib.

Alimin sözlərinə görə, 2016-cı ildə yaradılan bu ekspozisiya bir müddət həm Ukraynanın özündə, həm də xaricdə nümayiş olunub. Həmçinin, Britaniya səfirliyində də təmsil olunub:

“Sonra bizə Bakıda və Sumqayıtda sərgi keçirmək təklifi gəldi. Belə oldu ki, bu il Bakıda Fotoqrafiya Evi açıldı və biz Peçersk monastrı fotosənətinin ildönümünü burada qeyd etmək qərarına gəldik. İlk fotosessiyamız 145 il əvvəl yaradılıb.

Əlbətdə ki, belə bir sərgi MDB ölkələrində insanlar üçün daha yaxın və daha başa düşüləndir. Bir çox Bakı sakini Kiyevə gələrək monastrlarımızı görüb. Həmin insanlar və tariximizi tanıyan hər kəsəbu ekspozisiya tanışdır", - deyə K.Krayni fikrini tamamlayıb.

Qeyd edək ki, 1990-cı ildə YUNESKO-nun ümumdünya mədəni və təbii irsin qorunması üzrə dövlətlərarası komitənin 14-cü süssiyasında “Kiyev-Peçora” monastrı memarlıq kompleksinin müstəsna əhəmiyyəti nəzərə alınaraq, abidələrin Ümumdünya Mədəni İrs siyahısına daxil edilib.

“Kiyev-Peçora” monastrının tarixi onlarla yüzillikləri əhatə edir. İlk dəfə onun adı 1051-ci ilin salnaməsində çəkilir. Kiyev təpələri altındakı mağaralarda monastrın əsasını qoymuş sakinlər təkcə mənəvi fədakarlıqları ilə məşhurlaşmayıb, həm də müasir Ukrayna sivilizasiyasının inkişafında tutarlı rol oynayıblar.

Züleyxa İsmayılova

Foto: Nicat Əlili

Bakucity.az

sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
12 baxış oktyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Bakıda XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgi açılıb. BakuCity.az xəbər verir ki, sərgi XX əsrin əvvəllərindən İkinci Dünya müharibəsi dövrünədək yaradılan rəngkarlıq və qrafika əsərləri, o cümlədən ədəbi nümunələr, arxiv sənədləri və xronikanı əks etdirən, dövrün mülahizəsini təqdim edir.  Sərginin ekspozisiyası rəssamlar İsmayıl Axundov, Əzim Əzimz...
İdman
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Kipr təmsilçisi APOEL ilə oyununun biletləri sabahdan satışa çıxarılacaq. BakuCity.az xəbər verir ki, qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 75 manat olan biletləri saat 12:00-dan etibarən almaq mümkün olacaq. Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, “Gənclik Mall” və “28 Mall” (iTicket satış məntəqəsi), “Park Bulvar AVM” (iTicket satış məntəqəsi) ticarət mərk...
Cəmiyyət
Azərbaycanın “Buta Airways” aşağı büdcəli aviaşirkəti Yaxın Şərqə daha bir istiqamət üzrə uçuşlara başlayır. “Buta Airways”dən BakuCity.az-a verilən məlumata görə, 30 oktyabr 2019-cu il – 28 mart 2020-ci ilin qış cədvəli çərçivəsində aviaşirkət həftədə iki dəfə – çərşənbə və şənbə günləri olmaqla Bəhreynə birbaşa uçuşlar həyata keçirəcək. Yeni reyslər Azərbaycana əlavə turist axınına şərait yaradacaq. Bəhreyn özü də qədim abidələri, rəngarəng təbiəti və əl...
Mədəniyyət
Bakı tamaşaçısı M.A.P. Beynəlxalq Teatr Festivalı çərçivəsində qeyri-adi performans izləmək imkanı əldə edib. Üç coşqun ispaniyalı əllərində gitara ilə komediyanı ən absurd səviyyəyə çatdırıb. BakuCity.az “Sputnik Azərbaycan”a istinadən məlumat verir ki, özlərini “El Guapo” (Yaraşıqlı), “El Gentelman” (Centlmen) və “El Grotesco” (Gülməli) adlandıran üç ispaniyalı Bakı tamaşaçısı üçün “haşiyələrdən bir az kənara çıxan” şou təqdim edib. Üç ispaniyalı maço hə...
Cəmiyyət
Bakıda 570 güzəştli mənzilin seçimi başa çatıb. Bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksinin 10-13 saylı binaları üzrə 10 mənzil, həmçinin 14, 15, 16, 17, 18, 19, 20, 21 və 22 saylı binalarında yerləşən 560 mənzilin, ümumilikdə 570 mənzilin həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb. Agent...
Mədəniyyət
Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xorvatiyanın məşhur “Ad Gloriam Brass” ansamlı möhtəşəm konsert proqramı ilə çıxış edib. BakuCity.az xəbər verir ki, konsert proqramı Xorvatiyanın Azərbaycandakı səfirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib. Xorvatiya səfiri Branko Zebiç tədbirdə çıxışı zamanı Azərbaycan-Xorvatiya münasibətlərinə toxunaraq, ölkələrimiz arasındakı əməkdaşlığın bütün istiqamətlərdə gücləndiyini vurğulayı...
Cəmiyyət
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi tərəfindən ölkə ərazisində ilk dəfə Bakı şəhəri və Abşeron yarımadası ərazisində Avropanın DAB+ (Digital Audio Broadcasting) standartı ilə rəqəmli radionun test yayımı həyata keçirilib.  Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, DAB+ standartlı rəqəmli radionun tətbiqi məqsədilə Bakı Teleqüllə Kompleksində baş stansiya avadanlıqları,...
Siyasət
Oktyabrın 16-da Bakıda Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fonddan BakuCity.az-a verilən məlumata görə, iclasda fond tərəfindən 2019-cu ildə görülmüş işlər barədə, o cümlədən  12-ci qrant müsabiqəsinin nəticələri, Xaricdə Təhsil Proqramı, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müsabiqəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin fəaliyyəti, GəncLik proqramı,...
Hadisələr
Bakıda gizlənpaç oynayan zaman tranformatora girən 9 yaşlı Zəhra Əliyevanın iki ayağı və qolu amputasiya olunub. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Esmira Cavadova sosial şəbəkədə paylaşıb. O bildirib ki, uşağın atası, anası olmadığı üçün əməliyyata razılıq üçün nənəsindən imza alınıb. E.Cavadova yazıb ki, uşaq dəcəlliyinə görə məktəbdən qovulub, özündən böyük qardaşı aradabir gəlib uşağı döyüb gedir, gecələri küçələrdə qalır, bir söz...