Sabaha olan hava proqnozu
Sentyabrın 15-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Bakucity.az xəbər verir ki, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Bakıda gecə 16-18° isti, gündüz 25-27° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-65 % olacaq.
Bakucity.az