YPX əməkdaşları xəsarət alıblar
Ötən gün, sentyabrın 15-də, paytaxtın Binəqədi rayonunda yol polisi avtomobili avtobusla toqquşub.
Bakucity.az xəbər verir ki, hadisə “Monto Kristo” restoranı yaxınlığında qeydə alınıb.
Qəza zamanı yol polisi əməkdaşları xəsarət alıb.
Faktla Bağlı Binqəqədi RPİ-də araşdırma başlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib.
“Xəsarət alanlar əməkdaşlarımız DİN-in Hospitilana yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir”. (Baku.ws)