Canlı musiqi adi iş günlərini gözəlləşdirir
Sentyabrın 16-da, yeni dərs ilinin ilk günündə “Azərbaycan Dəmir Yolları” paytaxt sakinləri üçün sürpriz hazırlayıb.
Bakucity.az xəbər verir ki, Dəmiryolu vağzalı ərazisində səhər saatlarında təşkil olunan proqram çərçivəsində canlı musiqi ifa olunub.
Şəhər sakinləri və paytaxtımızın qonaqları bunu maraqla qarşılayıblar. Sosial şəbəkələrdə paylaşılan videolarda istifadəçilər qeyd ediblər ki, belə tədbirlərin çox olması yaxşıdır.
Bakı sakinləri bildiriblər ki, canlı musiqi əhval-ruhiyyəni qaldırır, adi iş günlərini gözəlləşdirir, yeni emosiyalar və duyğular bəxş edir.