Bakıda ər keçmiş arvadının üstünə benzin töküb yandırdı

Bakıda ər keçmiş arvadının üstünə benzin töküb yandırdı

Hadisə qısqanclıq zəminində baş verib

Paytaxtın Sabunçu rayonunda kişi keçmiş həyat yoldaşının üstünə benzin tökərək yandırıb.

Bakucity.az xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Belə ki, 38 yaşlı Rasim Əhmədov keçmiş həyat yoldaşı, 33 yaşlı Aynurə Məmmədzadənin Maştağa qəsəbəsində yaşadığı evinə gedib. 

Burada keçmiş həyat yoldaşı ilə mübahisə edən R.Əhmədov onun üzərinə benzin tökərək diri-diri yandırıb.

Xəstəxanaya çatdırılan A. Məmmədzadənin həyatını həkimlər xilas edə biliblər. 

Cinayətin qısqanclıq zəminindən baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

Bakucity.az

Bakı ər keçmiş arvad
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər