Bakıda yol-hərəkət qaydalarını kobud şəkildə pozan avtobus sürücüləri kameraya düşüb.
Bakucity.az xəbər verir ki, görüntülər Zabrat yolunda qeydə alınıb.
Kadrlardan da görünür ki, 204 və 40 nömrəli marşurut xətti üzrə hərəkətdə olan avtobusların sürücüləri əks yola çıxaraq qaydaları pozublar.
Bundan əlavə qarşı tərəfin yolunda 40 nömrəli avtobusun sürücüsü “ötmə” əməliyyatı da edərək daha təhlükəli vəziyyət yaradıb. (Avtosfer.az)