“Elektra Events Hall”da tanınmış reperlər çıxış edəcəklər
Noyabrın 9-da ZOMB, ADLER KOCBA, həmçinin dövrümüzün ən tanınmış diceylərindən biri DJ STYLEZZ Bakıda “Elektra Events Hall”da konsert proqramı ilə çıxış edəcəklər.
Bakucity.az xəbər verir ki, konsert saat 20:00-da başlayacaq.
Qeyd edək ki, ZOMB - özünün lirik musiqiləri ilə məşhurdur. ADLER KOCBA – 2018-ci ildə reperlik karyerasına Timranla birgə duet oxuduğu “Mənim qadınımın ətri” mahnı ilə başlayıb. Sözügedən mahnı qısa zamanda hitə çevrilib. Klipə “YouTube” da 40 milyon baxış var.
DJ STYLEZZ - əsl adı Emildir. Uğurlu diceylik karyerasından başqa, o həm də peşəkar musiqiçidir. Dj Stylezz 2007-ci ildə dinləyicilərə “Davay nalivay” və “Guapitas Inc-paralel kainat” kimi hitləri təqdim edib.
İnformasiya dəstəyi bakucity.az