Bakıda binaların dam örtükləri təmir olunur - FOTO

Bakıda binaların dam örtükləri təmir olunur - FOTO, Seymur

Bloklarda pəncərələrin şüşələri salınır, giriş qapıları təmiri həyata keçirilir

Bakı şəhərində qışa hazırlıq tədbirləri çərçivəsində çoxmənzilli yaşayış binalarının dam örtüklərinin, blokların təmiri işləri davam edir.

Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentindən Bakucity.az-a verilən məlumata görə Prezident İlham Əliyevin çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tapşırığının icrası və həmçinin paytaxtda payız-qış mövsümünə hazırlıqla bağlı təsdiq edilmiş tədbirlər planına əsasən, hazırda Xəzər rayonun təmirə ehtiyacı olan dam örtükləri olan binalar müəyyən edilərək yay aylarından etibarən mərhələli şəkildə onların təmirinə başlanılıb. 

İşlər çərçivəsində binaların dam örtükləri dəyişdirilir, həmçinin bloklarda pəncərələrin şüşələri salınır, giriş qapıları təmir olunur.

Xəzər rayonunda bu işlər Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamenti və Xəzər Rayon İcra Hakimiyyətinin struktur bölmələri tərəfindən həyata keçirilir.

Bakıda binaların dam örtükləri təmir olunur - FOTO, fotoşəkil-1 Bakıda binaların dam örtükləri təmir olunur - FOTO, fotoşəkil-2 Bakıda binaların dam örtükləri təmir olunur - FOTO, fotoşəkil-3 Bakıda binaların dam örtükləri təmir olunur - FOTO, fotoşəkil-4

Bakucity.az

Bakı bina təmir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər