Bakı metrosunda qan töküldü

Bakı metrosunda qan töküldü, Seymur

Yaralı çoxlu qan itirib

Paytaxtın Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Bakucity.az APA-ya istinadla xəbər verir ki, hadisə metronun “Xalqlar Dostluğu” stansiyasının girişində baş verib.

Məlumata əsasən, naməlum şəxslə mübahisə zəmnində 25 yaşlı Ceyhun Hüseynov bıçaqlanıb. Bud nahiyəsinin arteriya damarından bıçaqlandığı üçün C.Hüseynov çoxlu qan itirib. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az

Bakı dava metro
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər