Şübhəli şəxs polis tərəfindən saxlanılıb
Paytaxtın Binəqədi rayonunda keçmiş məhkum qadına hücum edib.
Bakucity.az-ın xəbərinə görə, bu barədə Report məlumat yayıb.
Məlumata əsasən, İmişli rayon sakini, 1957-ci il təvəllüdlü, əvvəllər Rusiya Federasiyasında məhkum olunmuş M.Qənbərov 1963-cü il təvəllüdlü F.Cəfərovaya qapalı kəllə-beyin travması xəsarəti yetirməklə qəsdən sağlamlığına ağır zərər vurub və hadisə yerindən qaçıb.
Aparılan əməliyyat-axtarış tədbirlrəi nəticəsində M.Qənbərov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Binəqədi cinayət işi başlanılıb.
Bakucity.az