Ələtdə dəhşətli qəza - Ölənlər var - ANBAAN VİDEO

Ələtdə dəhşətli qəza - Ölənlər var - ANBAAN VİDEO, Seymur

“Kamaz”ın sürücüsü fikirli olduğunu bildirib

Bakının Qaradağ rayonu Ələt körpüsündə baş verən dəhşətli qəza kameraya düşüb. 

Bakucity.az xəbər verir ki, qəzanın görüntülərini Avtosfer.az saytı yayıb.

Hadisə zamanı “Mercedes” markalı avtomobilin sürücüsü yolun hərəkət hissəsində dayanaraq dovşan satan oğlanla söhbət edib. 

Bu zaman hərəkətdə olan “Kamaz” markalı yük maşını arxadan “Mercedes”ə çırpılır.

Qeyd olunur ki, qəza nəticəsində iki nəfər ölüb. 

“Kamaz”ın sürücüsü bildirib ki, fikirli olub və avtomobili gec görüb.

Bakucity.az

Bakı qəza Ələt
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər