Sərnişinlərin vəziyyəti pisləşib
Səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.
Bakucity.az-ın məlumatına görəbər verir ki, metronun “Xalqlar Dostluğu” stansiyasında qatar bir neçə dəqiqə gecikib.
Bundan əlavə daha bir qatar “Nəriman Nərimanov” stansiyası ilə “Ulduz” stansiyası arasında tuneldə qalıb.
Şahidlər bildiriblər ki, qatar stansiyaya çatandan sonra bir neçə dəqiqə ərzində qapılar açılmayıb. İçəridə olan sərnişinlərin halı pisləşib
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov problemin aradan qaldırıldığını bildirib.
Onun sözlərinə görə, səhər saatları bəzi stansiyalarda sərnişin sıxlığı müşahidə olunurdu.
“Sərnişinlərin qatarın qapılarını saxlaması onun gecikməsinə səbəb olub. Nəticədə sistemdə problem yaranıb və vaqonda işıqlar sönüb”.
Bakucity.az