Bakıda arvadını yandırıb polisləri hədələdi

Bakıda arvadını yandırıb polisləri hədələdi

Partaxtda arvadını yandırdıqdan sonra polisləri də yandırmaq istəyən şəxs saxlanılıb

Prokurorluqdan verilən məlumata görə, sentyabrın 15-də keçmiş həyat yoldaşı Aynurə Məmmədzadənin yaşadığı evə gedən Rasim Əhmədli özü ilə götürdüyü ağ nefti qadının üzərinə tökərək yandırmağa cəhd edib.

Bakucity.az xəbər verir ki, R. Əhmədli onu sakitləşdirməyə və qanunsuz hərəkətlərin qarşısını almağa çalışan polis əməkdaşlarının üzərinə də neft tökərək onları yandırmaq istəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. İş üzrə hadisə yerinə baxış keçirilib, şahidlər müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib. 

R.Əhmədli şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. (Qafqazinfo)

Bakucity.az

yandırmaq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər