Qadının qaşları yararsız hala düşüb
Paytaxtın Nərimanov rayonunda tatu etdirən qadın xəsarət alıb.
Bakucity.az Report-a istinadən xəbər verir ki, hadisə “Tatu” salonunda qeydə alınıb.
Salona müraciət edən 35 yaşlı S.Ə. qaşlarına tatu etdirmək istədiyini deyib. Bu xidmətin müqabilində o, 700 manat ödəniş edib.
Salonda tatuajçı işləyən Fərid adlı şəxs qadının qaşlarına xəsarət yetirərək yararsız hala salıb.
Qadın polisə şikayət edib, fakt araşdırılır.
Bakucity.az