Bakıda ödənişli təhsil alan gənclərə şad xəbər - Dəstək alacaqlar

Yeni təhsil ilində ödənişli əsaslarla oxuyan gənclərə böyük dəstək

Gənclər Fondu Azərbaycan Respublikasının Prezidentinin müvafiq göstərişinə əsasən həyata keçirilən “sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi” üzrə növbəti Müsabiqənin nəticələrini elan edib.

Bakucity.az xəbər verir ki, nəticələrə əsasən ali və orta-ixtisas təhsili alan 425 gəncin təhsil haqqı xərcləri (tam və ya qismən) Gənclər Fondu tərəfindən qarşılanacaqdır.  

Keyfiyyətli təhsilin gənclər üçün əlçatanlığının artırılması və savadlı, dövlətinə, milli-mənəvi dəyərlərə bağlı gəncliyin yetişdirilməsi, istedadlı gənclərə dövlət qayğısı, eləcə də sosial müdafiəyə ehtiyacı olan gənclərin dəstəklənməsiPrezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin ana sütünunu təşkil edir.

Bu istiqamətdə cənab Prezidentin təşəbbüskarı olduğu insan kapitalının inkişafı konsepsiyasına uyğun olaraq, gənclər üçün son illərdə çoxsaylı imkanlar yaradılmış, sosial həssas kateqoriyalardan olan, I və II qrup əlilliyi olan gənclərin təhsil haqlarının dövlət vəsaiti hesabına ödənilməsi, Gənclər Fondu tərəfindən gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin dəstəklənməsi və digər addımlar atılmaqdadır.

Xatırladaq ki, “sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi” üzrə 2018-ci ildə keçirilmiş müsabiqə çərçivəsində 31 dövlət ali təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borcları Gənclər Fondu tərəfindən qarşılanıb.

Bu il keçirilmiş müsabiqə zamanı ali təhsil müəssisələri ilə yanaşı, orta-ixtisas təhsil müəssisələrində təhsil alan 1151 tələbə onlayn qaydada Fondun internet səhifəsi vasitəsilə müsabiqəyə sənədlərini təqdim edib.

Qalibləri təbrik edir, yeni tədris ilində uğurlar arzulayırıq!

Müsabiqənin nəticələri ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:

http://youthfoundation.az/tehsilxerci2019.pdf

Bakucity.az

Gənclər Fondu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
21 baxış oktyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Bakıda XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgi açılıb. BakuCity.az xəbər verir ki, sərgi XX əsrin əvvəllərindən İkinci Dünya müharibəsi dövrünədək yaradılan rəngkarlıq və qrafika əsərləri, o cümlədən ədəbi nümunələr, arxiv sənədləri və xronikanı əks etdirən, dövrün mülahizəsini təqdim edir.  Sərginin ekspozisiyası rəssamlar İsmayıl Axundov, Əzim Əzimz...
İdman
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Kipr təmsilçisi APOEL ilə oyununun biletləri sabahdan satışa çıxarılacaq. BakuCity.az xəbər verir ki, qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 75 manat olan biletləri saat 12:00-dan etibarən almaq mümkün olacaq. Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, “Gənclik Mall” və “28 Mall” (iTicket satış məntəqəsi), “Park Bulvar AVM” (iTicket satış məntəqəsi) ticarət mərk...
Cəmiyyət
Azərbaycanın “Buta Airways” aşağı büdcəli aviaşirkəti Yaxın Şərqə daha bir istiqamət üzrə uçuşlara başlayır. “Buta Airways”dən BakuCity.az-a verilən məlumata görə, 30 oktyabr 2019-cu il – 28 mart 2020-ci ilin qış cədvəli çərçivəsində aviaşirkət həftədə iki dəfə – çərşənbə və şənbə günləri olmaqla Bəhreynə birbaşa uçuşlar həyata keçirəcək. Yeni reyslər Azərbaycana əlavə turist axınına şərait yaradacaq. Bəhreyn özü də qədim abidələri, rəngarəng təbiəti və əl...
Mədəniyyət
Bakı tamaşaçısı M.A.P. Beynəlxalq Teatr Festivalı çərçivəsində qeyri-adi performans izləmək imkanı əldə edib. Üç coşqun ispaniyalı əllərində gitara ilə komediyanı ən absurd səviyyəyə çatdırıb. BakuCity.az “Sputnik Azərbaycan”a istinadən məlumat verir ki, özlərini “El Guapo” (Yaraşıqlı), “El Gentelman” (Centlmen) və “El Grotesco” (Gülməli) adlandıran üç ispaniyalı Bakı tamaşaçısı üçün “haşiyələrdən bir az kənara çıxan” şou təqdim edib. Üç ispaniyalı maço hə...
Cəmiyyət
Bakıda 570 güzəştli mənzilin seçimi başa çatıb. Bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksinin 10-13 saylı binaları üzrə 10 mənzil, həmçinin 14, 15, 16, 17, 18, 19, 20, 21 və 22 saylı binalarında yerləşən 560 mənzilin, ümumilikdə 570 mənzilin həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb. Agent...
Mədəniyyət
Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xorvatiyanın məşhur “Ad Gloriam Brass” ansamlı möhtəşəm konsert proqramı ilə çıxış edib. BakuCity.az xəbər verir ki, konsert proqramı Xorvatiyanın Azərbaycandakı səfirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib. Xorvatiya səfiri Branko Zebiç tədbirdə çıxışı zamanı Azərbaycan-Xorvatiya münasibətlərinə toxunaraq, ölkələrimiz arasındakı əməkdaşlığın bütün istiqamətlərdə gücləndiyini vurğulayı...
Cəmiyyət
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi tərəfindən ölkə ərazisində ilk dəfə Bakı şəhəri və Abşeron yarımadası ərazisində Avropanın DAB+ (Digital Audio Broadcasting) standartı ilə rəqəmli radionun test yayımı həyata keçirilib.  Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, DAB+ standartlı rəqəmli radionun tətbiqi məqsədilə Bakı Teleqüllə Kompleksində baş stansiya avadanlıqları,...
Siyasət
Oktyabrın 16-da Bakıda Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fonddan BakuCity.az-a verilən məlumata görə, iclasda fond tərəfindən 2019-cu ildə görülmüş işlər barədə, o cümlədən  12-ci qrant müsabiqəsinin nəticələri, Xaricdə Təhsil Proqramı, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müsabiqəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin fəaliyyəti, GəncLik proqramı,...
Hadisələr
Bakıda gizlənpaç oynayan zaman tranformatora girən 9 yaşlı Zəhra Əliyevanın iki ayağı və qolu amputasiya olunub. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Esmira Cavadova sosial şəbəkədə paylaşıb. O bildirib ki, uşağın atası, anası olmadığı üçün əməliyyata razılıq üçün nənəsindən imza alınıb. E.Cavadova yazıb ki, uşaq dəcəlliyinə görə məktəbdən qovulub, özündən böyük qardaşı aradabir gəlib uşağı döyüb gedir, gecələri küçələrdə qalır, bir söz...