Bakıda “Medinex” və “Beauty Azerbaijan” sərgiləri keçiriləcək

Bakıda “Medinex” və “Beauty Azerbaijan” sərgiləri keçiriləcək

“Medinex” sərgisi 3 zonadan ibarət olacaq

Paytaxtda 6-7 noyabr tarixlərində “JW MARRIOTT Absheron Baku”-daMedinex” - Tibb İnnovasiyaları Sərgi və Forumu keçiriləcək.

Bakucity.az xəbər verir ki, “Medinex” - tibb və səhiyyə innovasiyalarını əhatə edən Qafqaz regionunda ən iri və Azərbaycanda yeganə tədbirdir. “Medinex” sərgisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən dəstəklənir.

“Medinex” sərgisi 3 zonadan ibarət olacaq.

· "Showcase" zonasında səhiyyə sahəsində qlobal inkişaf trendləri ilə tanış olmaq, məhsul və xidmətləri təqdim etmək, potensial tərəfdaşlarla tanış olmaq və mövcud əlaqələri möhkəmləndirmək mümkün olacaq.

· Tibb sahəsinin sabahını artıq bu gün görmək imkanı yaradacaq digər zona – İnnovasiyalar zonası sərgi qonaqlarına tibb sahəsinin ən müasir layihələrini və nailiyyətlərini, inqilabi prototiplərini və gələcəyin texnologiyalarını və avadanlıqlarını nümayış edəcək.

· Sərgini müşayiət edəcək əlavə tədbirlər, çoxsaylı biznes görüşlər, tibbdə futurologiya mövzusunda təqdimatlar, müxtəlif təqdimatlar, sessiyalar Prezentasiya zonasında yer alacaq.

“Medinex” sərgisində Tibbdə informasiya texnologiyaları; tibbi texnika və avadanlıq; tibbi məhsullar; dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr; ortopediya, stomatologiya, stomatoloji avadanlıq və alətlər, stomatoloji xidmətlər; optika və oftalmologiya; pediatriya və ixtisaslaşmış pediatrik xidmətlər; innovativ laboratoriya avadanlıqları və texnologiyaları; farmasevtik avadanlıq; tibb müəssisələri və apteklər üçün avadanlıq; tibbi turizm;yaşlı nəsil üçün məhsullar; diyetologiya; tibbi təhsil; BeFit – sağlam həyat tərzikimi sektorlar təqdim olunacaq.

Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası Sərgisi

Beləliklə, “Medinex” və “Beauty Azerbaijan” sərgiləri sahə mütəxəssislərini bir araya gətirən və biznes əlaqələrinin qenişləndirilməsi, habelə satış cooğrafiyasını artırmaq üçün əla fürsətdir.

Sərgilər Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərgilərin təşkilatçısı qismində Caspian Event Organisers şirkəti çıxış edir.

“Medinex” və “Beauty Azerbaijan” sərgilərində iştirak etmək istəyən təşkilatlar daha ətraflı məlumat üçün təşkilatçılara müraciət edə bilər.

Sərgilər barədə ətraflı mütəmadi olaraq yenilənən məlumatı www.medinex.azwww.beautyexpo.azsaytlardan əldə edə bilərsiniz.

Bakucity.az

sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər