Bakıda bıçaqlanma kameraya düşdü
Paytaxtın Nərimanov rayonunda iki nəfərin mübahisəsi bıçaqlanma ilə yekunlaşıb.
Bakucity.azxəbər verir ki, hadisənin görüntülərini Baku.ws saytı yayıb.
İnsidentin “Şəki” restoranı yaxınlığında baş verdiyi bildirilir.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev jurnalistlərə açıqlamasında hadisənin sentyabrın 11-də baş verdiyini qeyd edib.
Onun sözlərinə görə, mübahisə zamanı bıçaqlanan 1982-cü il təvəllüdlü Əvəz Abbasovun vəziyyəti qənaətbəxşdir.
“Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Saatlı rayon sakini 1985-cü il təvəllüdlü V.Hüseynov saxlanılıb. Onun barəsində cinayət işi başlanılıb, ekspertiza təyin olunub”, - deyə E.Hacıyev vurğulayıb.