Oğurluq edən şəxslər mənzilə pəncərədən daxil olublar
Futbol üzrə “Qarabağ” klubu və Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin evini qarət etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Bakucity.az Report-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakinləri, əvvəllər məhkum edilmiş Nicat Vəliyev və Anar Mahmudov tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Həmçinin oxu: Mahir Emrelinin qarət olunan evi - VİDEO
Xatırladaq ki, M.Emrelinin Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb. Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar.
Mövzu ilə əlaqədar: Mahir Emrelinin evindən külli miqdarda pul oğurlandı