Bakıda helikopter qəzaya uğrayıb

Bakıda helikopter qəzaya uğrayıb, Seymur

Pilot ağır xəsarət alıb

Ötən həftə paytaxtın Badamdar qəsəbəsində helikopter qəzası baş verib.

Bakucity.az Aftosfer.az-a istinadən xəbər verir ki, hadisə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yaxınlığında yerləşən “Naftalan” istirahət mərkəzinin üst tərəfində kiçik aerodromda qeydə alıb.

Qəza zamanı pilot ağır xəsarət alıb. 

Bildirilir ki, təlim zamanı pilot idarəetməni itirib, və helikopter yanı üstə yerə çırpılıb. 

Həmçinin qeyd olunur ki, parça-parça olan helikopterin yanacağı “Naftalan” istirahət mərkəzinin ərazisindən axaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairəyə qədər gəlib. 

Helikopterin hansı nazirliyə aid olduğu barədə dəqiq məlumat yoxdur. Bildirilir ki, həmin aerodroma həm Fövqəladə Hallar Nazirliyi, həm də Müdafiə Nazirliyinin helikopterləriı təlim keçirlər.

Bakucity.az

Bakı helikopter qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər