“Maserati” ilə qızı vurub öldürdüyü deyilən sürücü danışdı - VİDEO

“Maserati” ilə qızı vurub öldürdüyü deyilən sürücü danışdı - VİDEO

“Onu xəstəxanaya necə çatdırdığımı da bir Allah bilir”. 

Paytaxtın Nərimanov rayonunda  “Maserati” ilə 25 yaşlı qızı vurub öldürdüyü iddia edilən sürücü Elvin Qasımzadə danışıb. 

Bakucity.az-ın məlumatına görə, Elvin Qasımzadə Unikal.org-a açıqlamasında bildirib ki, haqqında yayılan məlumat yalandır:

“Mən hadisə baş verən yerdə olmuşam. Avtomobillə vurulan yaralı bir xanıma kömək etmişəm. Orada olan heç bir şəxsin eləmədiyini etmişəm. Həmin qızı öz maşınıma qoyub, xəstəxanaya çatdırmışam. Onu xəstəxanaya necə çatdırmağımı da bir Allah bilir”. 

Elvin Qasımzadə həmçinin qeyd edib ki, hadisəni eşidən bütün yaxınlarım narahat olublar: 

“Dünəndən telefon zənglərim dayanmır. Haqqımda bilmədən yazanlar, paylaşanlar da şərəfsiz insanlardır”.

Xatırladıq ki, dünən gecə Bakının Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Gənclik” metrostansiyası yaxınlığında yolu keçən 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını avtomobil vurub öldürüb. Yerli KİV əvvəlcə hadisəni “Maserati” markalı 10-XE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Elvin Qasımzadə tərəfindən törədildiyini yazıb.

Sonradan məlum olub ki, G.Əmiraslanlı 10 GN 002 dövlət nömrə nişanlı “Volkswagen Passat” markalı minik avtomobili törədib. 

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az

Bakı qəza sürücü “Maserati”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər