Bakıda yolu keçən piyadanı avtomobil vurub öldürdü - VİDEO

Bakıda yolu keçən piyadanı avtomobil vurub öldürdü - VİDEO, Seymur

Ölən şəxsin üzərində heç bir sənəd tapılmayıb.

Paytaxtın Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyasının qarşısında qeydə alınıb.

Piyadalar üçün təyin edilməmiş yerdən yolu keçmək istəyən 45-50 yaşlı kişini Mahmudov Seymur Eyyub oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobili vurub.

Həmçinin oxu: “Maserati” ilə qızı vurub öldürdüyü deyilən sürücü danışdı - VİDEO

Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Meyitə ilkin baxış keçirilən zaman üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd tapılmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az

Bakı piyada qəza öldü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər