“Sevilya” Bakıdadır – Anşlaq olacaq – VİDEO

“Sevilya” Bakıdadır – Anşlaq olacaq – VİDEO, Seymur

“Qarabağ”ın oyununa 28 min bilet satılıb

Avropa Liqasının qrup mərhələsinin ilk oyununda “Qarabağ”la qarşılaşacaq “Sevilya” futbolçuları ötən gün Bakıya gəliblər.

Bakucity.az xəbər verir ki, İspaniya təmsilçisi bu gün oyunöncəsi ilk məşqinə çıxacaq.

“Qarabağ” – “Sevilya” matçı sentyabrın 19-da veriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:55-da səslənəcək.

Qeyd edək ki, oyuna maraq çox böyükdür. Qarşılaşma üçün satışa çıxarılan 30 min biletdən 28 mini satılıb.

“A” qrupunda Ağdam təmsilçisi və “Sevilya” ilə yanaşı Kiprin APOEL və Lüksemburqun “Dudelanj” komandaları da yer alıb.

Bakucity.az

Bakı Sevilya Qarabağ futbol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər