Hadisənin təfərrüatı araşdırılır
Paytaxtın Nərimanov rayonunda yol polisi əməkdaşını təhqir edən sürücü saxlanılıb.
Bakucity.az-ın xəbərinə görə, hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılandan sonra geniş müzakirəyə səbəb olub. Videoda yol polisi əməkdaşı taksi sürücüsünə cərimə yazır, sürücü isə bu zaman onu ağır formada təhqir edir.