Bu payız Bakıda hansı geyimlər və rənglər dəbdə olacaq?

Bu payız Bakıda hansı geyimlər və rənglər dəbdə olacaq?, Seymur

2019-cu ilin payızında Bakı sakinləri necə geyinəcklər? 

Hər bir mövsümün öz rəng palitraları var, və bu rənglər dizaynerlərin yeni kolleksiyalarının trend tonlarına diktə edir. Bundan əlavə mövsümdən mövsümə geyimin tərzi, forması və keyfiyyətini dəyişir.

Dizayner  və “Noora” brendinin təsisçisi Nurlana Allahverdiyeva bu payızın dəbi haqda Bakucity.az-a danışıb. 

Modelyer bildirir ki, geyimin əsas və başlıca elementi rənglərin və aksesuarların müxtəlifliyidir. 

Onun sözlərinə görə, bu payız dama-dama geyimlər üstünlük təşkil edəcək. Bu, kostyumlara, şərflərə, üst geyimləri və digər geyimlərə aid ediləcək:

“Bej, qəhvəyi, kərpic və bataqlıq rənglərinə üstünlük veriləcək. Dəbdə “oversize” adlandırılan geyimlər yenə aktual olacaq”. 

Dizayner qeyd edib ki, payız mövsümündə 90-cı illərin geyimləri dəbdə olacaq:

“Dünya moda sənayesi ilə maraqlanan insanlar bilirlər ki, dizaynerlər o dövrə uyğun “Mom Jeans” və “Boyfriend Jeans” adlanan şalvarlara üstünlük verirlər”.

N.Allahverdiyeva hesab edir ki, 90-cı illərin dəbi populyarlığına görə yenə zirvədədir, çünki bütün detalları özündə cəmləşdirməsi onu təkcə zövqlü yox, həm də uyğun edib:

“Bütün dünyada modabazlar “Casual” üslubda geyinməyi, rahatlığı və təcrübəni klassik stildə birləşdirməyi sevirlər. 90-cı illərin modası bu üslubda mükəmməl şəkildə ifadə olunur. Hər kəsə yaraşdığı üçün 90-cı illərin dəbini çox bəyənirəm. “Oversize” gödəkçələr istənilən paltara uyğun gəlir. Şəxsən, mən, öz qarderobumda böyük ölçülü geyimlərə üstünlük verirəm”.

Həmçinin oxu: Bakıda yüksək keyfiyyətli manikür - SALONLAR VƏ QİYMƏTLƏR

Dizayner hesab edir ki, hərəkətə mane olan narahat geyimlər, habelə həddən artıq sıx paltar və ayaqqabı tədricən dəbdən düşür. N.Allahverdiyeva həmçinin qeyd edib ki, tutqun rəngdə olan aksesuarlar da öz aktuallığını itirir. 

“Bu gün insanlar əsasən parlaq neon çalarlara üstünlük verirlər, çünki bu cür rənglər əhval-ruhiyyəmizə müsbət təsir göstərir. Kolleksiyalarımda müxtəlif və əlvan rəngli geyimlərə üstünlük verirəm, çünki müxtəlif rəngli geyimlərə baxanda əhval-ruhiyyə yaxşılaşır. Bu, həmişə gözə xoş gəlir. Qara geyimdən çıxmayan insanlar özlərindən asılı olmadan kefsiz olurlar”, - deyə mütəxəssis izah edib . 

Modelyer eyni zamanda aksesuar seçimində böyük ölçü və parlaq rənglərə üstünlük verməyi məsləhət görür. Bu, fərqli iri düymələr və zərcirbəndlər ola bilər:

“İstənilən obrazda ən rahat aksesuar ayaqqabı olmalıdır. Biz bütün günü ayaq üstə oluruq, buna görə də onların rahatlığına diqqət yetirməliyik. Bu mövsüm enli dikdabanlar dəbdə olacaq. İdman ayaqqabıları bir neçə ildir ki, dəbdədir və bu payız da trenddə qalacaq”.

Modelyer aksesuar seçərkən təkcə öz zövqünüzü deyil, geyinəcəyiniz geyimi və gedəcəyiniz məkanı nəzərə almağı da tövsiyyə edir. 

“Obrazlara müxtəlif aksesuarlar seçmək mənim xoşuma gəlir. Qızılı və gümüşü rəngli zinət aşyalarını bir taxmağı sevirəm. Müxtəlif ölçülü və formalı muncuqlardan istifadə edirəm. Bütün bunlar insanın zövqündən asılıdır”. 

Populyar multi-qat geyimə isə dizayner ehtiyyatla yanaşmağı məsləhət görüb:

“Belə geyimlərdən çox istifadə etmək lazım deyil.  Sizin üçün seçilən bütün qatların mükəmməl birləşməsi vacibdir. Mənim üçün uyğun paltar seçmək bacarığı ən vacib amildir. Geyinəcəyiniz paltar gedəcəyiniz tədbir, toplantı və görüşləri tamamlamalıdır”. 

Dizayner bildirib ki, ümumiyyətlə, gözəl görünmək üçün bahalı lyuks geyimlər almaq məcburiyyətində deyilsiniz, çünki bazarda istənilən mövsümün ən dəbli geyimlərini asanlıqla tapa biləcəyiniz çoxlu sayda marka təmsil olunur.  

“Mən özüm də bazardan bəyəndiyim dəbli malalrı məmnuniyyətlə alıram. Bunlar “Topshop”, “ZARA”, “Massimo Dutti”, “H&M”, “ASOS” kimi markalardır. Bu markalar həmişə ən dəbli geyim və aksesuarlarıyla seçilirlər”. 

Züleyxa İsmayılova 

Bakucity.az

Bakı dəb payız geyim rənglər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər