Bakıda yol polisini təhqir edən sürücü danışdı - Qələt etmişəm - VİDEO

Bakıda yol polisini təhqir edən sürücü danışdı - Qələt etmişəm - VİDEO, Seymur

“Bütün söyüşlər özümə qayıtsın”

Bakıda yol polisini ağır söyüşlərlə təhqir edən sürücü Fəxrəddin Nəsirov bütün polislərdən üzr istəyib. 

Bakucity.az xəbər verir ki, sürücünün üzrhaqlıq videosu sosial şəbəkələrdə yayılıb.

“Yol polisi əməkdaşı məni saxladı və taksi lisenziyası olmadığına görə cərimə yazdı. Protokolu götürüb maşına tərəf gedəndə özümdən çıxdım. Geri qayıdıb yol polisi əməkdaşını təhqir etdim.

Həmçinin oxu: Bakıda yol polisini təhqir edən sürücü saxlanıldı – FOTO + VİDEO

Beş dəfə əməliyyat olunmuşam, onkoloji xəstəyəm, əsəbləşdim, söyüş söydüm. Polisə söydüyüm bütün söyüşlər özümə qayıtsın. Videonu da çəkib yayan şəxsə ayıb olsun. Məni hər yerdə biabır etdi. Bütün polislərdən üzr istəyirəm, bir qələtdi etmişəm”, - deyə o bildirib.

Mövzu ilə əlaqədar: Bakıda sürücü yol polisini təhqir etdi - VİDEO

Bakucity.az

Bakı yol polisi sürücü cərimə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər