Elinanın direktoru - Xoşqədəm sensasiya arzusunda idi - VİDEO

“Məktəbdə Elinanı ilk dəfə görəndə “ölmək istəyirəm” deyirdi”

Bu gün ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam edib. 

Bakucity.az-ın APA-ya istinadən xəbərinə görə, ittihamda qeyd olunub ki, 8 E sinif şagirdi E.Hacıyeva mütəmadi olaraq dərslərə gecikib, geyimi məktəbli formasına uyğun olmayıb, bundan öncə bir dəfə məktəbdə ülgüclə boğazını kəsib, şagirdlər daim Elinanı sıxışdırıb, lakin direktor Sevinc Abbasova bununla bağlı hər hansı addım atmayıb, sadəcə E.Hacıyevanın anasına şifahi məlumat verməklə kifayətlənib. 

E.Hacıyeva aprelin 4-də özünü məktəbin 3-cü mərtəbəsindən atandan sonra S.Abbasova təcili tibbi yardımı vaxtında çağırmayaraq, məktəblinin həyatını təhlükədə qoyub.

İttihama münasibət bildirən keçmiş direktor Sevinc Abbasova isə özünü təqsirli bilmədiyini deyib.

Məhkəmədən sonra jurnalistlərin suallarını cavablandıran Sevinc Abbasova bildirib ki, Elina Hacıyevanın psixotrop maddənin təsiri altında intihar etməsi araşdırılıb: 

“Polislər müəyyən araşdırma apardılar. Biz uşağı yola salanda o sağ-salamat idi. Mən xəstəxanada da yanına getmişəm. Aprelin 4-də 2 saat uşağın yanında olmuşam. Heç kəs yox idi, gözlədim ki, bəlkə valideynlərindən kimsə gələr, tək qoymayım onu. Uşaqla da çox mehriban söhbətlərimiz olub. Mən məktəb direktoru olmaqdan əlavə həm də coğrafiya müəllimiyəm və uşaqlarla ünsiyyət qurmaqda heç bir problemim yoxdur”.

Həmçinin oxu: Elinanın intihar etdiyi məktəblə bağlı qərar verildi

S.Abbasova intihardan sonra yayılan səs yazısına da münasibət bildirib: 

“Siz o səs yazısında Elinanın adını eşitmisiz? Düzdür mən təkzib verməmişəm. Ona görə ki, aprelin 16-dan etibarən ev dustağıyam, istintaq sirrini yaymamaq haqqında mənə imza atdırıblar. Mən telefon nömrəmi dəyişmişəm, telefonumu bağlamışam, internetə girmirəm. Birinci dəfədir ki, müsahibə verirəm”.

Məhkəmədə həmçinin Səbail rayon icra Hakimiyyətinin birinci müavini Xalidə Bayramova şahid qismində ifadə verib. 

O, qeyd edib ki, hadisə ilə bağlı ona məktəbin direktoru Sevinc Abbasova məlumat verib: 

“Sevinc Abbasova zəng edərək mənə dedi ki, 8-ci sinifdə oxuyan qız 2-ci mərtəbədən yıxılıb. Ona təşvişə düşməməyi tapşırdım. Məsələ ilə bağlı  icra başçısına məruzə etdim və ondan icazə alıb məktəbə getdim. Başçı ilə danışandan sonra direktora zəng edib dedim ki, polisə xəbər verin və təcilli yardım çağırın”.

X.Bayramova ifadəsində qeyd edib ki, direktor ona təcili yardım çağırdıqları bildirib: 

“Məktəbə saat 11:01-də çatdım. Polislər orada idi. Elinanı divanda uzandırmışdılar. Direktor çox həyəcanlı idi. Gördüm ki, hələ həkim çağırılmayıb. Belə olan halda mən birbaşa Rauf həkimə zəng edib təcilli yardım göndərmələrini istədim. 4 dəqiqə sonra həkimlər gəldi”.

İcra başçısının müavini bildirib ki, Elina Hacıyeva çoxlu dərman içib: 

“Orada dedilər ki, Elina çoxlu dərman içib. Qız özü isə dedi ki, dünən 30, bu gün 60 həb atıb. O, dərman içdiyini dediyi üçün onu Toksikologiyaya apardılar. Lakin sonra zədələrini görüb “Semaşko”ya göndəriblər”.

X.Bayramova onu da qeyd edib ki, Elinanın ölümünü gözlənilməz olub: 

“Həkimlər bizi inandırmışdı ki, Elinanı xilas ediblər”.

Həmçinin oxu: Elinanın ailəsi 100 min manat tələb edir - MƏHKƏMƏ + FOTO

İcra başçısının müavini bildirib ki, Elina sinif yoldaşlarından gileylənib: 

“Məktəbdə Elinanı ilk dəfə görəndə “ölmək istəyirəm” deyirdi. Mənə dedi ki, “bu sinif, bu uşaqlar dəhşətlidir. Bu məktəbdən getmək istəyirəm”.

X.Bayramova suallara cavabında E.Hacıyeavnın anasına barışıq üçün pul təklif etmədiyini deyib: 

“Deyirlər ki, direktorla qohumam, “podruqa”yam. Bunlar yalandır. Mən sadəcə onlara kömək edirdim”.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Daha sonra Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə açılan cinayət işinə xitam verilib.

Bakucity.az

“Məktəbdə Elinanı ilk dəfə görəndə “ölmək istəyirəm” deyirdi”.
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Kriminal
Prokurorluqda daha bir tikinti şirkətinin təsisçiləri barədə cinayət işi başlanıb. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan məlumat verilib.  Verilən məlumata görə, “Konstra” Mənzil Tikinti Kooperativinin təsisçilərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər araşdırılıb. Aparılmış araşdırmalarla “Orxan TİT” MMC-nin (hazırda “Şəhər İncisi Ya...
Cəmiyyət
Buraxılış imtahanlarının vaxtı açıqlanıb. IX və XI siniflər üçün buraxılış imtahanları 6 və 7 iyun tarixlərindən başlamaqla hər həftə sonu keçiriləcək. BakuCity.az xəbər verir ki, qeyd olunan tarixlərdə imtahan keçiriləcək rayon və şəhərlərin siyahısı, həmçinin imtahana buraxılış vərəqələri Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilib.  DİM-dən  verilən məlumata görə, növbəti həftə sonunun imtahan qrafiki və imtahana buraxılış vərəqələri mütəmadi olaraq...
Cəmiyyət
"Koronavirusa yoluxma artır, çünki kütləvi yerlərdə insanlar maska taxmırlar”. BakuCity.az xəbər verir ki, bunu həkim-infeksionist Vüsalə Talıblı deyib. V.Talıblı bildirib ki, metroya maskasız girmək qadağan olunsa da, insanlar qatara mindikdən sonra maskanı aşağı salırlar: "Səhiyyə təşkilatları, mütəxəssislər hər gün deyir ki, bu virusdan qorunmaq üçün peyvənd yoxdur. Əlimizdən gələn ancaq təmizliyə diqqət etmək, əlləri sabunla yumaq, maska taxmaqdır. Əsl...
Biznes
Avtomobil bazarında ikinci əl maşınların qiymətləri.  BakuCity.az maşın bazarında bu günə olan qiymətləri təqdim edir. Toyota Prado, 2.7 L, 2013 il, 130 000 km - 26 900 $ GAZ 31105, 2.3 L, 2007 il, 67 000 km - 11 500 AZN Hyundai Santa Fe, 2.0 L, 2013 il, 76 000 km - 19 000 $ LADA (VAZ) 2107, 1.6 L, 2011 il, 59 443 km - 6 500 AZN Mercedes C 220, 2.2 L, 1998 il, 368 700 km - 12 800 AZN SEAT Exeo, 2.0 L, 2011 il, 195 115 km - 12 300 AZN LADA (VAZ) 2106, 1.6 L...
Cəmiyyət
Bakıda Jurnalistin ailəsində koronavirus aşkarlanıb. Mətbuatda Jurnalistlər binasında COVİD-19 infeksiyasına yoluxma faktı ilə bağlı informasiyalar dərc edilib.  BakuCity.az xəbər verir ki, koronavirus şübhəsi ilə karantinə alınan şəxs Xalq.az və Bakutime.az portallarının rəhbəri Zaur Mirzəzadənin həyat yoldaşıdır. Z.Mirzəzadə ailəsilə birlikdə Jurnalistlər binasında kirayədə yaşayır. Qeyd edək ki, Z.Mirzəzadənin özünün və 3 övladından test nətic...
Cəmiyyət
Azərbaycan Dövlət Televiziyasının operatorunun koronavirusa yoluxması barədə məlumat yayılıb. BakuCity.az xəbər verir ki, AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov Qafqazinfo-ya açıqlamasında həmin operator karantinə alındığını deyib: "Bizim operatorlar hər çəkilişdən əvvəl analiz verirlər. Həkimlər bir operatorun analizindən şübhələniblər. Hələlik araşdırma aparılır. Operator karantinə alınıb və yoxlamadan keçirilir...
Cəmiyyət
Aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsil imkanlarının dəstəklənməsi üçün təqaüd proqramları təsis ediləcək. BakuCity.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya”da öz əksini tapıb. Sənəddə qeyd edilir ki, aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsil imkanlarının dəstəklənməsi üçün təqaüd proqramlarının təsis edilməsi...
Cəmiyyət
Maska taxılması tələb olunan yerlərdə qaydalara tabe olmayanlar cərimələnəcəklər. Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununu imzalayıb. Qanuna əsasən, maska taxılması tələb olunan yerlərdə qaydalara tabe olmayanlar cərimələnəcəklər. BakuCity.az bu məqamda maska taxılması tələb edilən məkanların siyahısını təqdim edir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sər...
Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Qaradağ rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması zamanı 2005-ci il təvəllüdlü Pirverdiyev Elgün Elşən oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ pəncənin kəsilmiş yarası diaqnozu qoyulub. (report) BakuCity.az