Bakıda boşanmalar: Səbəb və nəticə

Bu il paytaxtda 2508 ailə dağılıb

Statistikaya görə, bu ilin ilk yarısında ölkə üzrə ümumilikdə 8 min 257 boşanma rəsmiləşib ki, bunun da 2508-i Bakıda qeydə alınıb. Mütəxəssislər hesab edirlər ki, ailələr əsasən qarşılıqlı anlayış olmadıqda dağılır. Boşanmalar isə daha çox uşaqlara zərər vurur. Maraqlıdır, münaqişəli ailələrin məcburi davam etməsi, yoxsa nikahın pozulması uşaqlara daha çox zərər verir? 

Bakucity.az bu və digər suallara cavab almaq üçün “İnci psixoloji və nitq mərkəzi”nə müraciət edib. 

Məkəzin rəhbəri, psixologiya elmləri üzrə fəlsəfə doktoru, psixoterapevt Ramidə Oktayqızı mövzu ilə bağlı fikirlərini belə izah edib:

“Təbii ki, ailə cəmiyyətin güzgüsüdür və bu güzgü nə qədər şəffaf olarsa o qədər də tez əks göstərər. Ailələrimiz də psixoloji  cəhətdən nə qədər sağlam və möhkəm olarsa, orada böyüyən, inkişaf edən və təlim-tərbiyə alan uşaqlar cəmiyyətə daha rahat, daha özgüvənli adaptasiya olar. Elmi cəhətdən ailələri bir neçə tiplərə bölürlər:

1. Avtoritar ailələr

2. Liberal ailələr

3. Avtoritet ailələr

4. Etinasız aileler

5. Demokratik ailələr.

Bu ailə tiplərinin hər birində doğulan körpə öz ailəsini təmsil edir. Müəyyən müddət keçdikdən sonra ailə uşağın şəxsiyyət kimi formalaşmasına mənfi və müsbət mənada öz təsirini göstərir. Tədqiqatlar göstərir ki, ailə münaqişələrinin daha çox yaranmasına səbəb Avtoritar və Avtoritet  ailələrdə böyüyən uşaqlardır”. 

Həmçinin oxu: Bakıda boşanmaq neçəyə başa gəlir? – QİYMƏTLƏR

R.Oktayqızının fikrincə, ailə münaqişəsi ər və arvad arasında, bəzən də 3-cü şəxsin müdaxiləsi zamanı baş verən prosesdir:

“Bu münaqişələr davamlı olduqda dekonstruktiv, davamsız olduqda isə konstruktiv münaqişə adlandırılır. Konstruktiv münaqişələr  zamanı uşaqlar heç bir travma almır, qorxu, həyəcan, stress yaşamır, əksinə ailənin normal inkişafı üçün öz köməkliklərini göstərirlər. Dekonstruktiv münaqişə zaman isə uşaqlar ciddi travma alır, qorxu, həyəcan stress, aqresiya, deviant davranış nümayiş etdirərək, təlimdə geriləmələrə səbəb olurlar.

Əgər bu kimi münaqişələr davam edərsə, uşağın ailədən aldığı travma onda özgüvən əksikliyi, özunə inamsızlıq, psixonevroloji pozuntular,  emosional pozuntu, şiddət, nifrət, intiqam hissi, dəyərsizlik, atılma problemi, sosiallaşa bilməmə, fikir və düşüncəsini düzgün çatdırmaqda çətinlik çəkmək, təlimdə geriləmə, diqqət əskikliyi, yaddaş pozuntusu və sairə kimi bir çox problemləri özündə ehtiva edəcəkdir.

Təcrübə göstərir ki, münaqişəli ailədə böyüyən uşaqların əksəriyyəti, qızlar olmaqla, ailə qurmağa çətinlik çəkir. Bu insanlarda inamsızlıq hissi formalaşır, həmçinin münaqişəyə meyilli olurlar. Fikirlərini ifadə edərken daha hündürdən danışırlar, sanki dava edirmiş kimi, ətrafdakı insanların diqqətini çəkməyə cəhd edirlər. Təbii ki, münaqişəli ailə münaqişəli şəxsiyyətin yetişməsinə zəmin yaradır”, - deyə R. Oktayqızı bildirib.

Mütəxəssisin fikrincə, bu siyahını azaltmaq üçün ailələrin maariflənməsinə çalışmaq, ailə dəyərlərini qorumaq, qadın və kişi psixologiyası haqqında KİV və sosial şəbəkələr vasitəsilə cütlüklərə geniş məlumatlar vermək lazımdır. Eyni zamanda, uşaqların natamam ailədə böyüməsinin qarşısının az da olsa alınmasına cəhd edilməlidir. 

Mərkəzin uşaq və yeniyetmə psixoloqu Firuzə Əliyeva da “hər uşaq sağlam və tam ailə mühitində böyüməlidir” fikrini dəstəkləyir: 

“Ailədə münaqişə varsa mümkün olan bütün həll yolları axtarılmalıdır. Əgər tək çıxış yolu boşanmaqdırsa, bu zaman uşağın ayrı yaşayan valideyni ilə mütəmadi görüşünə icazə verilməlidir. 

Həmçinin oxu: Bakıda liposaksiya əməliyyatı – ARAŞDIRMA/QİYMƏT

Valideynlərin birini seçmək uşaqlar üçün çətin məqamdır. Erkən yaşlarda isə buna ümumiyyətlə qərar verə bilmirlər. Onlarda bu məsələyə münasibət fərqli formalarda özünü göstərir. Özünəqapanma və aqressiya göstərərək, ailədən uzaqlaşıb digər mühitə sığınaraq etiraz edirlər. Yeniyetməlik dövrü uşağın özünü təsdiq dövrüdür. Əgər bu təsdiqə ailədə şərait yaradılmasa digər mühitlərdə özünə imkan yaradar”, - deyə psixoloq bildirib. 

Ailədə davamlı münaqişə yaşayan uşaqlar böyüyəndə hansı psixologiyaya sahib olur? 

Mütəxəssis, ailədə davamlı münaqişə yaşayan uşaqların böyüyəndə psixologiyalarında bir çox problemlərin özünü göstərdiyini qeyd edib:

“Uşağın  gördükləri onun ailə şüuraltısında ssenari olaraq qala bilər ki, bu da onun özü ailə qurarkən həmin problemlərin yenidən yaşanması deməkdir. Bundan əlavə, şəxsiyyətində qorxaqlıq, təkliyə meyl, asılılıq , özgüvənin aşağı olması və digər hallar da müşahidə olunur”.

F. Əliyeva sonda onu da qeyd edib ki, boşanmalar zamanı uşağı psixoloji travma almaqdan qorumaq vacibdir. Bunun üçün ilk növbədə, uşaqların münaqişələrdən uzaq tutulmasını məsləhət görüb. Boşanma uşağa uyğun dillə izah edilməlidir. Əgər bunu valideynlər edə bilmirsə, mütəxəssisdən yardım almaq mütləqdir. Əks halda uşağı travma almadan bu vəziyyətdən çıxarmaq mümkün olmayacaq.

Ramilə QARDAŞXANQIZI

Bakucity.az

Bakı boşanma səbəblər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
38 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
Temperatur 13 dərəcəyə yüksələcək Bazar günü Bakıda müşahidə olunacaq hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, dekabrın 15-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-8°, gündüz 11-13° isti...
Cəmiyyət
General tapşırıqlar verdi Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində (DYMX) Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə dekabrın 10-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsinin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. FHN-dən BakuCity.az-a verilən məlumata görə, müşavirədə çıxış edən DYM...
Cəmiyyət
O, Rusiyada yaşayır və Bakıya bir günlük gəlib Bakının Sabunçu rayonu ərazisində baş vermiş ikili qətlin qurbanların yaxın qohumunun törətməsindən şübhələnilir. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Sabunçu rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib. Qeyd edək ki, dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mə...
Hadisələr
Çəkilişə də mane olub Bakıda iki maşın toqquşub. BakuCity.az APA TV-yə istinadən məlumat verir ki, “Infiniti” markalı avtomobili idarə edən qadın sürücü 3-cü mikrorayon dairəsində “Opel” markalı avtomobilə çırpılıb.  Nəticədə “Infiniti”yə ciddi ziyan dəyib. Buna baxmayaraq qadın sürücü “Opel”in sahibini günahkar çıxarmaq istəyib və mübahisəyə başlayıb. Bu azmış kimi çəkiliş qrupunun işinə mane olmağa çalışıb, həm də kameraya əl ataraq.  O, sənədlərini yol...
Hadisələr
Yaralılardan ikisi uşaqdır Bakıda avtobus qəzaya uğrayıb. Səhiyyə Nazirliyindən BakuCity.az-a bildirilib ki, Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub. Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. 2-si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Xəstəxanasına çatdırılıblar. Həmçinin oxu: Bakıda avtobusa hüc...
Cəmiyyət
Vətəndaşları narahat edən sualların cavabı Son günlər Bakıda dövlət tərəfindən satışa çıxarılacaq kirayə mənzillərlə bağlı məsələ müzakirə olunur. BakuCity.az xəbər verir ki, tanınmış jurnalist, iqtisadçı Əli Əhmədov mövzu ilə bağlı vətəndaşları narahat edən sualları canlı yayımda cavablandırıb. Həmçinin oxu: Bakıda kirayə mənzilləri necə almaq olar? - Bütün suallara CAVAB Həmin videonu təqdim edirik: BakuCity.az
Kriminal
Cinayət işi açıldı Bakının Sabunçu rayonunda dəhşətli cinayət baş verib. BakuCity.az xəbər verir ki, hadisə şahidlərinin Baku.ws-ə verdikləri məlumata görə, cinayət dünən saat 22 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Akkord”un 10-cu binasında baş verib. Bildirilir ki, gənc oğlan həmin ünvanda kirayədə qalan anası və bacısını xüsusi amansızlıqla qətlə yetirib. Ölənlər 1994-cü il təvəllüdlü Elgün Əbülfəz qızı Niftizadə və onun anası 196...
Mədəniyyət
Abşeron və Xəzər dənizinin romantiki... Dekabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun anadan olmasının 90 illiyinə həsr olunmuş sərgi açılacaq. Bu barədə BakuCity.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bəzən tufanlı, bəzən də həzin Xəzəri, dənizi ram edən neftçiləri, Azərbaycan təbiətinin gözəlliklərini, zəhmət, elm, sənət adamlarını və qadın gözəlliyini tərənnüm edən sərgidə 1940-cı illərin sonundan 2000-ci ilə k...
Kriminal
Hazırda fəaliyyəti dayandırılıb  Bakıda şirniyyat sexi qarət edilib. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, bu barədə polisə sex sahibi Mustafayeva Svetlana Ağamir qızı məlumat verib. Sahibkar bildirib ki, noyabrın 6-dan dekabrın 10-na qədər olan müddət ərzində ona məxsus, hazırda fəaliyyəti dayandırılmış, Bakı şəhəri, Yeni Yasamal-2, Xiyabani küçəsi, 9 ünvanında yerləşən şirniyyat sexindən naməlum şəxslər dəyəri 140-150 min manat olan 4 ədəd soba,...