Bakıda polis vətəndaşın həyatını xilas etdi

Bakıda polis vətəndaşın həyatını xilas etdi, Seymur

Xəsarət alan şəxsin vəziyyəti qənətbəxşdir

Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirib.

Bakucity.az xəbər verir ki, bu barədə Report-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, paytaxt sakini, 1992-ci təvəllüdlü R.Məmmədova bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini H.Aslanov ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində müəyyən olunaraq saxlanılıb və o, müvafiq polis şöbəsinə təhvil verilib.

Məlumata görə, xəsarət alan şəxsin vəziyyəti qənətbəxşdir, o, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi RPİ-də araşdırmalar aparılır, ictimai təhlükəli əməlin təfərrüatı öyrənilir.

Bakucity.az

Bakı polis
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər