Bakıda qanlı gecə - Metronun qarşısında kütləvi dava düşdü

Bakıda qanlı gecə - Metronun qarşısında kütləvi dava düşdü

Sürücülər arasında yol üstündü mübahisə dava ilə bitib.

Paytaxtın Nəsimi rayonunda metronun “Memar Əcəmi” stansiyası yaxınlığında kütləvi dava baş verib.

Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisəyə səbəb Bayramov Tural Fərhad oğlu idarə etdiyi “BMW X5” markalı avtomobillə hərəkətdə olarkən qarşıdakı “Daewoo Centra” markalı avtomobilə yol verməməsi olub.

Sürücülər arasında yaranan mübahisə sonradan kütləvi davaya çevrilib.

Həmçinin oxu: Bakı metrosunda qan töküldü

Daewoo”nun sürücüsü 17 yaşlı Məmmədov Vəli Saleh oğlu və avtomobildə olan bir neçə nəfər bıçaqla T.Bayramova və “BMW”dəki sərnişinlərə hücum edib.

Bıçaq xəsarətləri alan T.Bayramov dərhal xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı Nəsimi Rayon Polis İdarəsində araşdırılır.

Bakucity.az

Bakı kütləvi dava metro
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər